Gömrük postunda vətəndaşlara "işgəncə" verildiyi iddialarına münasibət
Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin (DGK) və qurumlarının fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, qeyri-peşəkar məlumatlar yayımlanmaqdadır.
Bu barədə DGK-nın açıqlamasında bildirilir.
“Həmin məlumatlarda İranla sərhəddə yerləşən Astara gömrük postunda guya vətəndaşlara qarşı qanunsuz yoxlamalar tətbiq edildiyi, süni yoxlamalar nəticəsində insanların uzun müddət gömrük zonasında gözlədildiyi, gömrük baxışının xüsusi avadanlıqlarla deyil, fiziki üsullarla həyata keçirildiyi iddia edilir.
Hər cümləsi müəllif və yayımçılar üçün qanun qarşısında məsuliyyət yaradacaq yazıda hətta Astara gömrük postunda vətəndaşlara "işgəncə" verildiyi iddia olunur.
İlk növbədə, qeyd edək ki, DGK gömrük nəzarət vasitələri ilə təminat baxımından hətta Avropanın bəzi inkişaf etmiş ölkələrini belə geridə qoyur. Gömrük nəzarəti zonasına daxil olan şəxslərin əl yükləri və nəqliyyat vasitələri ilk növbədə həmin avadanlıqlar vasitəsilə yoxlanılır və zərurət yarandıqda fiziki baxışa yönləndirilir ki, bu da qanunvericiliyə görə gömrük orqanları və əməkdaşlarının müstəsna hüququdur.
Astara gömrük postunda baş verən sıxlıqlara gəlincə, bu hal həftənin bəzi günlərinin müəyyən saatlarında baş verir. Nisbi xarakterli bu sıxlıqlar vətəndaşların sərhədi günün eyni saatlarında keçmək istəyindən irəli gəlir ki, Komitənin rəhbərliyi və aidiyyəti qurumları dəfələrlə bu barədə maarifləndirici açıqlamalar verərək ictimaiyyəti məlumatlandırıblar.
Astara gömrük postunda nisbi yubanmaların əsas səbəbi isə sərhədi keçən vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarının tələblərini pozaraq şəxsi istehlak miqdarından artıq malları gömrük sərhədindən keçirməyə çalışmasıdır. Bu da əlavə yoxlamalara, gömrük nəzarəti müddətinin artmasına, sadəcə vətəndaşlar üçün deyil, gömrük orqanları üçün də əlavə vaxt itkisinə və əmək sərfinə səbəb olur.
Ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, gömrük orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də qaçaqmalçılığın, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır. Ölkəmizin Şərqdən Qərbə daşınan narkotik vasitələrin marşrutu üzərində yerləşdiyini və narkotiklərin əsasən cənub sərhədlərimizdən gömrük ərazisinə daxil olduğunu nəzərə alsaq, gömrük nəzarəti tədbirlərinin də gücləndirilməsinin vacibliyini aydın başa düşmək mümkündür.
Onu da qeyd edək ki, son bir ayda Astara gömrük postunun əməkdaşları tərəfindən 25 fakt üzrə 6 kq-dan artıq narkotik vasitə, psixotrop və güclü təsiredici maddə aşkar edilərək dövriyyədən çıxarılıb. Bu da qeyri-peşəkarcasına və ya kimlərinsə sifarişi əsasında böhtan xarakterli məlumatlar hazırlamaq və yayımlamaqdan daha vacib və önəmli fəaliyyətdir.
DGK-nın sədri mütəmadi olaraq gömrük-sərhəd buraxılış məntəqələrinə səfər edərək vəziyyəti yerində araşdırır, gömrük nəzarətinin səmərəli şəkildə təşkili, sərhədkeçmə proseslərinin sadələşdirilməsi, infrastrukturun yenidən qurulması, vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində müvafiq göstərişlərini verir və bu barədə Komitənin rəsmi internet səhifəsi ilə yanaşı, kütləvi informasiya vasitələrində də kifayət qədər məlumat yayımlanır.
Gömrük sahəsində islahatların icra vəziyyəti ilə bağlı iddialara gəlincə isə Azərbaycan gömrüyünün bu istiqamətdə əldə etdiyi təcrübə artıq Avropda öyrənilir.
DGK bir daha media qurumları və jurnalistlərə Komitənin fəaliyyəti ilə bağlı məlumatları hazırlayarkən ölkə qanunlarına əməl etməyə çağırır.
Təqdim etdiyimiz videolardan da vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarının tələblərini pozaraq şəxsi istehlak miqdarından artıq məhsulları ölkə ərazisinə gətirdiklərini və bunun gömrük nəzarətinin müddətinin uzanmasına təsirini aydın görmək olar”, - deyə açıqlamada qeyd olunub.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 d. sonra
-
40 d. əvvəl
Azər Türk Bank yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Kapital Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb - 120 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT AÇIQLADI
-
1 saat əvvəl
Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödənilə bilərmi?
-
2 saat əvvəl
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
Azərbaycanın Neft Fondu Çin və İndoneziya qurumları ilə platforma yaratdı - 520 milyon dollar cəlb edilib
Ən çox oxunanlar
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb













.jpg)



