Adambaşına 740 dollara yaxın borcumuz var
Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən 2017-ci il yanvarın 1-nə 6 milyard 913,2 milyon dollar ekvivalentində olub. Adambaşına düşən xarici dövlət borcu 2017-ci il 1 yanvar tarixinə 704,7 ABŞ dolları təşkil edib.
Bu barədə hökumətin illik hesabatında bildirilir.
2017-ci il 1 yanvar tarixinədək imzalanan sazişlər üzrə cəlb olunması nəzərdə tutulan kreditlərin ümumi məbləğinin 2016-cı ilin ümumi daxili məhsuluna nisbəti 32,3%-ə, 2017-ci il 1 yanvar tarixinə istifadə edilmiş və xarici dövlət borcu hesab edilən kreditlərin məbləğinin 2016-cı ilin ümumi daxili məhsuluna nisbəti 20,4%-ə bərabər olub.
Hesabata əsasən xarici dövlət borcu hesab edilən şərti öhdəliklərin məbləği 2017-ci il 1 yanvar tarixinə 406,2 mln. ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 1 yanvar 2016-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 6 milyard 894.3 milyon ABŞ dolları (10 milyard 751 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.8% təşkil edib. Bu borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Nəticədə adambaşına xarici dövlət borcu 737,2 dollar səviyyəsində olub.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 24 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib





























