“Premium Bank”ın əməliyyat mənfəəti 3 dəfədən çox artıb
“Premium Bank” ASC 2019-cu ilin 1-ci rübünü 3 milyon 15 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2018-ci ilin 1-ci rübünü 11 milyon 679 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, “Premium Bank”ın xalis mənfəəti 3,9 dəfə azalıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə “Premium Bank”ın cəmi gəlirləri 17 milyon 374 min manat, cəmi xərcləri isə cəmi xərcləri isə 12 milyon 249 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən bankın 5 milyon 125 min manat əməliyyat mənfəəti yaranıb, bu 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur. Əməliyyat mənfəətinin 2 milyon 771 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrıldığından “Premium Bank” 3 milyon 15 min manat xalis mənfəət əldə edib.
ÖTƏN İLİN İLK RÜBÜNDƏ XALİS MƏNFƏƏT EHTİYATDAN AZDOLMAYA GÖRƏ ÇOX OLMUŞDU
2018-ci ilin yanvar-mart dövründə “Premium Bank”ın cəmi gəlirləri 11 milyon 553 min manat, cəmi xərcləri 9 milyon 943 min manat, əməliyyat mənfəəti 1 milyon 610 min manat təşkil etmişdi. Həmin dövrdə əvvəlki illər ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyatın 10 milyon 69 min manatı azad olduğundan və gəlirə əlavə edildiyindən Bankın xalis mənfəəti 11 milyon 679 min manat təşkil etmişdi.
Önəmli olan Bankın əməliyyat mənfəətinin artmasıdır. Bu artım, Bankın faiz və qeyri-faiz gəlirlərinin arması ilə bağlıdır. “Premium Bank”ın faiz gəlirləri 2018-ci ilin ilk rübündə 7 milyon 445 min manat ikən, 2019-cu ilin ilk rübündə 10 milyon 948 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 4 milyon 539 min manatdan 6 milyon 426 min manata yüksəlib.
KREDİT PORTFELİ ARTIB
İlk 3 ay ərzində "Premium Bank"ın müştərilərə verdiyi kreditlər 5 milyon 104 min manat artaraq 589 milyon 700 min manata çatıb.
BANK BÖYÜYÜB
31 Mart 2019-cu il tarixində "Premium Bank" 654 milyon 123 min manat cəmi aktivlərə, 516 milyon 815 min manat cəmi öhdəliklərə və 137 milyon 309 min manat cəmi balans kapitalına malik olub.
31 Dekabr 2018-ci il tarixində "Premium Bank" 646 milyon 284 min manat cəmi aktivlərə, 511 milyon 557 min manat cəmi öhdəliklərə və 134 milyon 727 min manat cəmi balans kapitalına malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
2 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 2 saat əvvəl
-
3 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
3 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
4 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma







.jpg)
















