"AccessBank" daha bir nüfuzlu mükafata layiq görülüb
® "AccessBank" "Raiffeisen Bank International AG" tərəfindən nüfuzlu "STP Quality Award" mükafatına layiq görülüb.
STP (Straight-Through Processing) beynəlxalq ödənişlərin rəsmiləşdirilməsinin keyfiyyətinin əsas göstəricisidir. Müvafiq standartların qorunması hesabına avtomatlaşdırılmış rejimdə ödənişləri manual müdaxilə olmadan həyata keçirmək mümkündür ki, bu da əməliyyatların olduqca sürətli baş tutmasına şərait yaradır.
"AccessBank"ın Ödənişlər və hesablaşmalar üzrə meneceri Yeganə İbrahimova: "Belə bir nüfuzlu mükafata layiq görülməyimiz bir daha komandamızın peşəkarlığının və tətbiq etdiyimiz texnologiyaların və xidmətlərin effektivliyinin göstəricisidir. Bununla yanaşı, biz durmadan daxili proseslərin və xidmət səviyyəmizin daha təkmilləşdirilməsi üzərində çalışırıq".
Mükafatlandırma mərasimi Bakıda keçirilən "RBI Cash Management" adlı seminar çərçivəsində baş tutub.
"AccessBank" müştərilərinə əsas valyutalarda beynəlxalq hesablaşmalar da daxil olmaqla, kompleks maliyyə xidmətlərini təklif edir. Geniş müxbir hesab şəbəkəsinin mövcudluğu bankın müştərilərinə yüksək keyfiyyətli hesablaşmaların həyata keçirilməsinə imkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti






















