Kirayə ilə mənzil almağı gözləyənlərin nəzərinə!
İşlər yekunlaşmaq üzrədir. Yaxın zamanlarda satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin tətbiqinə başlanacaq
"Satmaq öhdəliyi ilə kirayə mexanizminin işə salınması üçün müvafiq zəruri prosedur və standartların hazırlanması, eləcə də müraciətlərin qəbulu üçün elektron sistemin yaradılması istiqamətində müvafiq işlər yekunlaşmaq üzrədir".
Bu, "Marja"ya İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və aztəminatlı ailələrin yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi məqsədilə Fondun qarşısına qoyulmuş əsas vəzifələrdən biri də ölkədə satmaq öhdəliyi ilə kirayə mexanizminin yaradılmasıdır. Azərbaycan Prezidentinin 2019-cu ilin 25 yanvar tarixində imzaladığı Fərmanla Fonda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin icrası həvalə olunub. Qeyd edilən Fərmana uyğun olaraq, hazırda Fond tərəfindən yeni mexanizmin işə salınması üçün müvafiq zəruri prosedur və standartların hazırlanması, eləcə də müraciətlərin qəbulu üçün elektron sistemin yaradılması istiqamətində müvafiq işlər yekunlaşmaq üzrədir. Bundan başqa, əhalinin müraciətlərinin qəbulu üçün ASAN Xidmət Mərkəzləri ilə əməkdaşlıq üzrə işlər də yekunlaşıb. Qeyd olunanlarla əlaqədar Fond tərəfindən yaxın zamanlarda satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin tətbiqinə başlanılması nəzərdə tutulur",- Fonddan bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















