Azərbaycan bazarını tərk etməkdə olan şirkət baş ofisinin ünvanını dəyişib
Azərbaycan bazarını tərk etməkdə olan “AXA MBASK Sığorta Şirkəti” ASC Baş ofisinin ünvanını dəyişib.
Şirkət bildirir ki, cəmiyyətin baş ofisi 2019-cu il aprelin 1-dən etibarən onun hüquqi ünvanı olan Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 80/9 nömrəli ünvana köçmüş və hazırda həmin ünvanda fəaliyyət göstərir.
İndiyədək şirkətin Baş ofisi Bakı şəhəri, Nobel pr, 15 ünvanında yerləşən "Azure" biznes mərkəzinin 1-ci və 2-ci mərtəbələrində yerləşirdi.
Xəbər verdiyimiz kimi, Fransanın "AXA" sığorta qrupu Azərbaycan bazarını tərk etməkdə olduğunu rəsmən açıqlayıb.
AXA-nın Azərbaycandakı qeyri-həyat sığorta şirkətinin (AXA MBASK Sığorta Şirkəti ASC) satılması barədə Elxan Qəribli ilə bağlandığı 21 may 2018-ci il tarixdə elan edilən niyyət sazişi qüvvədən düşmüşdür.
"AXA MBASK Sığorta Şirkəti hazırda yeni sığorta işləri yazmağı dayandırmışdır və bundan sonra Azərbaycandakı mövcud müştərilərin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə mümkün olan müddətdə Azərbaycandakı fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcəkdir",- şirkətin 04 Aprel 2019-cu il tarixində yaydığı məlumatında deyilir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 4 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
9 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
9 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb






















