Milli kadrlarımız yüksək beynəlxalq vəzifələrə təyin olunub
"BP Azərbaycan" şirkəti bildirir ki, hazırda əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezidenti olan Orxan Quliyev, bu ilin 1 iyun tarixindən BP-nin Rumaila bölümündə baş menecer vəzifəsinə təyin olunur.
Bu yeni vəzifədə Orxan BP-nin İraqdakı Apstrim biznes bölümünə rəhbərlik edəcək. O, Yaxın Şərq üzrə rəhbərlik qrupunun üzvü və qlobal əməliyyatlar təşkilatının geniş tərkibli rəhbərlik qrupunun üzvü olacaq.
BP-də işlədiyi ötən 23 il ərzində Orxan AGT regionunda və Londonda Bakı Tbilisi Ceyhan, Cənubi Qafqaz Boru Kəməri və AÇG layihələri çərçivəsində dənizdə, layihələrin mühədislik təminatı və layihələrin idarə olunması sahələrində əməliyyatlara aid rəhbər vəzifələr tutmaqla əməliyyatlar və əsas layihələr ilə əlaqədar böyük təcrübə qazanmışdır.
Orxan Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası ilə magistr dərəcəsi və Azərbaycan Neft Akademiyasını qaz axınlarının dinamikası üzrə doktorluq dərəcəsi ilə bitirmişdir.
Həmçinin “BP Azərbaycan” şirkəti bildirir ki, 1 aprel 2019-cu il tarixindən etibarən Rəhman Rəhmanov Apstrim, qlobal layihələr təşkilatında layihələrin idarə olunması üzrə vitse-prezident vəzifəsinə təyin olunur.
Yeni vəzifəsində Rəhman layihələrin həyata keçirilməsinə dəstək olaraq layihələrin idarə olunması, layihə xidmətləri, keyfiyyət, risklər, tikinti və istismara təhvil vermə ilə əlaqədar ixtisaslaşma sahələri və funksional bölmələr üzrə gündəlikdə duran məsələlərin həll edilməsinə cavabdeh olacaq. O, qlobal layihələr təşkilatının texniki funksiyalar üzrə rəhbərlik qrupunun üzvü olacaq və layihələrin idarə olunması çərçivəsində ixtisaslaşma sahələri üzrə bacarıqların artırılması forumuna, eləcə də layihələrin idarə olunması şəbəkəsinə rəhbərlik edəcək.
Rəhmanın bu vəzifə ilə əlaqədar 19 ildən çox təcrübəsi var. O, BP-də 2003-cü ildən işləyir və karyerası ərzində bir sıra layihələrdə rəhbər vəzifələr, o cümlədən Dərinsulu Günəşli layihəsində sazlama üzrə menecer, Çıraq Neft Layihəsində qazma işlərinin təhvili üzrə menecer və Şahdəniz 2 layihəsində üst modulların təhvili üzrə layihə meneceri vəzifələrini tutmuşdur. Rəhmanın ən son vəzifəsi AGT regionunda midstrim layihələri üzrə baş menecer olmuşdur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Rəhman Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutu tərəfindən mühəndislik üzrə doktorluq dərəcəsinə layiq görülmüşdür.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Orxan və Rəhman bizim regiondakı biznesimizin uğuruna böyük töhfələr vermişlər, bunun üçün ona çox təşəkkür edirik. Peşəkar azərbaycanlı kadrların belə yüksək beynəlxalq vəzifəyə təyin olunması çox sevindirici haldır. Orxana və Rəhmana BP-dəki davamlı karyerasında yeni uğurlar diləyirik!”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
25 d. əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
-
31 d. əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
46 d. əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
55 d. əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Ən çox oxunanlar
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı



















