"Hesab.az" bu data mərkəzində yerləşəcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC yerli onlayn ödənişlər bazarında ən böyük şirkət olan “GoldenPay” ASC ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Bu barədə nazirlikdən bildirilib.
Yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən “AzInTelecom” istifadəyə verilmiş TIER III və İSO 20000 beynəlxalq sertifikatlarına malik Data Mərkəzində bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (IaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif edir.
Artıq bu həllər yerli və xarici şirkətlərin marağını özünə cəlb etməyə başlayıb. Belə ki, Azərbaycanın onlayn ödənişlər şirkəti olan “GoldenPay” özünün www.hesab.az ödəniş portalının “AzInTelecom”un Data Mərkəzində yerləşdirilməsi haqqında razılığa gəlib.
Müqaviləyə əsasən, kənardan daxil olan kibertəhdidlərin qarşısının alınması, məlumatlar bazasının mühafizəsi, məlumat itkisi ilə bağlı risklərin minimuma endirilməsi və informasiya təhlükəsizliyi təmin ediləcək.
Bundan əlavə, hazırkı müqavilə ilə “GoldenPay” texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən etibarlı infrastruktur əldə edəcək. Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaq.
Hazırda müştərilərinə 100-dən artıq xidməti təklif edən www.hesab.az Azərbaycan bazarında onlayn ödənişlər üçün ən etibarlı platforma olaraq tanınır. Yüz minlərlə insan bu xidmətlərdən müntəzəm olaraq istifadə edir və bu rəqəm hər gün artmaqdadır.
Əsas hədəfi bütün onlayn ödənişlərin icra edildiyi vahid platformaya çevrilmək olan GoldenPay bütün əməliyyatları şifrələmək və məlumatların təhlükəsizliyini təmin etmək üçün onlayn əməliyyatların şifrələnməsi sahəsində dünya lideri olan GeoTrust-dan istifadə edir.
”Onlayn əməliyyatların sayı bu qədər yüksək olduğu üçün mübadilə olunan məlumatların təhlükəsizliyi və məxfiliyi əsas şərtdir. Həssas məlumatların təhlükəsiz yerdə qorunub-saxlanması şirkətimiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, “GoldenPay”ın “AzInTelecom” ilə əməkdaşlıq etməsi heç də təsadüfi deyil”, - deyə “GoldenPay” şirkətinin nümayəndəsi qeyd edib.
Qeyd edək ki, yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən “Azerbaijan International Telecom (AzInTelecom)” şirkət strategiyasını nüfuz, etibarlılıq və şəffaflıq kimi fundamental dəyərlər əsasında formalaşdırıb.
“AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq trafikin analizi, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və bulud üzərindən data xidmətlərinin təqdim edilməsindən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
6 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 10 d. əvvəl
-
11 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
39 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon




























