Məşhur idmançı Azərbaycanın içki markasının siması oldu – MÜQAVİLƏ İMZALANDI
Karate idman növü üzrə 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev “Avrora” şirkətinin “Bizon” markasının siması oldu.
“Marja” xəbər verir ki, 07 Fevral 2019-cu il tarixində Bakıda “Marriot Absheron” mehmanxanasında Rafael Ağayev və “Bizon” markası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilənin imzalanması mərasimində “Bizon” layihəsinin rəhbəri Ceyhun Hüseynov bildirdi ki, Rafael Ağayevin sima seçilməsinə keçirilmiş sorğuların nəticəsində qərar verilib:
“Dünya təcrübəsindən bildiyimiz kimi markalar öz mesajlarını müştərilərinə təqdim etmələri üçün markaya sima seçimi edirlər. Biz də heyət olaraq bu barədə düşündük və seçimimizi etməzdən əvvəl mövzu ilə bağlı müxtəlif sorğular vasitəsilə rəy topladıq və yekun qərara gəldik. Hamımızın fəxri olan Rafael Ağayevi marka siması seçdik. Bu gün biz qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalayacağıq”.
İDMAN, SAĞLAM HƏYAT VƏ RAFAEL AĞAYEV
Ceyhun Hüseynov qeyd etdi ki, hazırda dünyada sağlam həyat tərzi trend halına çevrilmişdir: “Biz də bu trendlə ayaqlaşırıq və yenilənirik. Məhsullarımıza idman və sağlam həyat tərzi nəfəsi gətiririk. Rafael Ağayevlə əməkdaşlıq bu yenilənmə prosesinin vizual tərəfini əks etdirir”.
“GÜC MƏNDƏDİR” DEVİZİ İLƏ REKLAM KAMPANİYASI
Markanın layihə rəhbəri əlavə etdi ki, 2019-cu ildə “Bizon” brendinin “Güc məndədir” devizi ilə aktiv reklam kampaniyası keçiriləcəkdir: “Biz karate idman növü üzrə ölkəmizin və dünyanın ən güclü idmançısı olan Rafael Ağayevi seqmentinin ən güclü içkilərindən biri olan “Bizon” brendi ilə “Güc məndədir” reklam konsepsiyası altında birləşdirdik. Artıq ilk reklam çarxı hazırdır”.
“BU ƏMƏKDAŞLIQ İDMANÇIYA GÖSTƏRİLƏN DƏSTƏKDİR”
İmza mərasimində Rafael Ağayev bildirdi ki, “Bizon” markasının onunla maraqlanması və onu sima seçməsi Azərbaycanda idmana və idmançıya göstərilən dəstəkdir.
Çıxışlardan sonra tərəflər müqaviləni imzaladılar. Tədbirdə əməkdaşlıq çərçivəsində hazırlanmış reklam çarxı da nümayiş etdirildi.
Əlavə edək ki, Rafael Ağayev dünya şöhrətli “Adidas” markasının karate geyimləri qolu üzrə də simasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 6 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















