“Üçüncü Bahar” üzvləri 2 yaşını qeyd ediblər!
Bu gün “Üçüncü Bahar” təşəbbüs qrupunun yaranmasından 2 il ötür. Bu münasibətlə Qrupun yaradıcıları, üzvləri və qonaqlar “Hilton Hotel”də bu günü hesabat xarakterli tədbirlə qeyd ediblər.
"Üçüncü Bahar" təşəbbüs qrupunun mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə “Üçüncü Bahar”ın yaradıcıları Nərmin Qəniyeva və Natəvan Yusifova açıb. Onlar qrupun yarandığı gündən bu günə qədər keçdikləri yol, onlara dəstək olan insanlar, üzvlərin uğurları, könüllülərin cəlb edilməsi haqqında məlumat veriblər.
Qeyd edilib ki, hazırda təşkilatın 1000 üzvü var. 2 il ərzində tədbirlərin 2000 iştirakçısı olub və 19 nəfər təqaüdçü könüllü müxtəlif layihələrdə çalışıb.
Daha sonra “Kapital Bank” ASC-nin Marketinq Departamentinin direktoru Günel Fərzəliyeva, “Kapital Bank” ASC-nin İnsan Resursları Departamentinin direktoru Fərqanə Məmmədova, “Üçüncü Bahar”ın üzvləri, Əsmər Abdullayeva və könüllü Zümrüd Əsədova çıxış ediblər.
Sonda Nərmin Qəniyeva və Natəvan Yusifova “5 il sonra “Üçüncü Baharı” harada görmək istəyirik” adlı təqdimatla çıxış ediblər.
Qeyd edək ki, “Üçüncü Bahar” təşəbbüs qrupu 19 fevral 2017-ci ildə faəliyyətə başlayıb. Qrup təqaüdə çıxmış insanlar üçün həyatın yeni səhifəsini daha rəngarən daha dinamik olması istiqamətində müxtəlif tədbirlər təşkil edir. Üzvlərin maraq dairələrinə uyğun olaraq Qrup 3 istiqamət üzrə fəaliyyət göstərir:
- Maarifləndirici
- Sağlamlıq
- Yaradıcılıq
Təşəbbüs qrupunun “YAŞA” mərkəzi fəaliyyət göstərir. Mərkəzdə təqaüdçülər üçün müxtəlif mövzulu təlim- tədris proqramları təşkil edilir. Tədbirlər təqaüdçülər üçün tam ödənişsiz əsaslarla keçirilir. Mərkəz Bakıxanov qəs. Yavər Əliyev küç. 1 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 23 d. əvvəl
-
- 25 d. əvvəl
-
46 d. əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
47 d. əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıda orta maaş 1400 manata yaxınlaşıb
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib























