2017-də 1,3 milyard azalmışdı, 2018-də 600 milyon manata yaxın artıb
İstehlak kreditlərində 600 milyon manata yaxın artım
"Marja" Mərkəzi Bankın 31 Dekabr 2018-ci il tarixinə olan statistikasına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə ev təsərrüfatlarına verilən kreditlərin məbləği 713,1 milyon manat artaraq 5 milyard 319,6 milyon manata qalxıb.
2016-cı illə müqayisədə 2017-ci ildə ev təsərrüfatlarına verilən kreditlər 1 milyard 252,2 milyard manat azalaraq 4 milyard 606,5 milyon manata düşümüşdü.
Mərkəzi Bank daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditləri də ev təsərrüfatlarına verilən kreditlərə daxil edir. Daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər xaric ev təsərrüfatlarına verilən kreditlər (istehlak kreditləri) 2018-ci il ərzində 579,5 milyon manat artaraq ilin sonunda 3 milyard 448,7 milyon manat təşkil edib.
2016-cı illə müqayisədə 2017-ci ildə istehlak kreditləri 1 milyard 286 milyonmanat azalaraq 2 milyard 869,2 milyon manata düşmüşdü.
2017-ci illə müqayisədə 2018-ci ildə daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər isə 133,6 milyon manat artaraq 1 milyard 870,9 milyon manata yüksəlib. 2017-ci ildə daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kredilər 33,8 milyon manat artmışdı.
2018-ci ilin sonuna, 13 milyard 20,3 milyon manat cəmi kredit portfelinin 40,9%-i ev təsərrüfatlarına verilən kreditlərin payına düşüb. 2017-ci ilin sonunda bu nisbət 39,2% idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)










