"16 mindən çox sahibkara 1 milyard manatdan çox güzəştli kredit verilib"
“Azərbaycanda sahibkarlığın inkişafı üçün genişmiqyaslı tədbirlər keçirilir. Görülən bütün işlər sahibkarlığın inkişafında mühüm rol oynayır”.
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı dövlət proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib. Nazir bildirib ki, pambıqçılıq, tütünçülük, xalçaçılıq və digər sahələrdə həyata keçirilən tədbirlər bu sahələrin inkişafında əhəmiyyətli rol oynayır: “ Hazırda elektron kənd təsərrüfatı layihəsi müzakirə olunur”.
Ş. Mustafayev əlavə edib ki, ixracın dəstəklənməsi üçün də müvafiq işlər görülür.
"Sosial siyasətin əsaslarından biri vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasıdır. Bu məqsədlə əhalinin məşğulluğa cəlb edilməsinə diqqət artırılıb. Bu da əmək potensialının reallaşdırılmasına, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilir. 2014-2018-ci illərdə ixracın təşviqi məqsədilə müqavilələr imzalanıb. Hesabat dövründə 104,2 milyon dollar dəyərində müxtəlif məhsulların müxtəlif ölkələrə ixracı üçün müqavilə imzalanıb, 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib. İnvestisiyaların təşviqi məqsədilə 292 sahibkarlıq subtyektinə 332 investisiya təşviqi sənədi verilib, nəticədə yerli istehsala 2,8 milyard manat investisiya yatılıb. Bunun nəticəsində 22 minədək yeni iş yeri açılacaq. Layihələrin böyük bir hissəsi regionların payına düşür. Bu illər ərzində 1,5 milyonu daimi olmaqla, 2 milyondan çox iş yeri açılıb".
Nazir bildirib ki, 2014-2018-ci illərdə 16 mindən çox sahibkara ümumi dəyəri 2,6 milyard manatlıq layihələr üçün 1 milyard manatdan çox güzəştli kredit verilib. Bunun 79 faizi aqrar sektora, 20 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına ayrılıb. Güzəştli kreditlərin 70 faizi regionların payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 160,2 milyon manat dövlətin güzəştli krediti verilib. Cari ildə geri qaytarılan vəsaitlər hesabına minimum 160 milyon manatadək kredit veriləcək", - deyə Ş. Mustafayev vurğulayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 d. əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 45 d. əvvəl
-
-
1 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı























