ABŞ-da neft ehtiyatlarının yeni rekord səviyyəyə çıxacağı gözlənilir
Neft qiymətləri, ABŞ-da rekord səviyyəyə çıxan neft ehtiyatları ilə OPEC-in qlobal təklif artığını azaltmaq üçün istehsalı azaltması arasında qalıb.
"Marja" xəbər verir ki, OPEC-in Baş katibi Mohammad Barkindo verdiyi açıqlamada, OPEC üzvlərinin istehsalın azaldılması üzrə öhdəlik götürdükləri həcmə 90%-dən çox əməl etdiklərini açıqlyıb.
Bir tərəfdən OPEC neft hasilatını azaldarkən, digər tərəfdən ABŞ istehsalçıları hasilatı artırırlar. Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, Çərşənbə günü açıqlanacaq rəsmi ABŞ neft ehtiyatı göstəricisinin ötən həftə 3 milyon barrel artaraq bütün zamanların ən yüksək səviyyəsinə çıxması gözlənilir.
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkənin hasilatı azaltmaq barədə razılaşdıqları tarixdən bu yana 50 dolların üzərində dar bir "dəhliz"də qalır.
OPEC-in hasilatı azaltması qiymətlərin aşağı düşməsini məhdudlaşdırır. Əks halda ABŞ-da istehsalın artmağa davam etməsi ilə qiymətlər daha çox düşərdi. ABŞ-da neftbazalar doludur, çünki hava şəraiti çox soyuq deyil və tələb aşağı qalıb.
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Teksas nefti (WTI) Nymex birjasında 10 sent yüksələrək bareli 54.15 dollara, Brent neftin Londonda ICE Futures Europe birjasında 18 sent və ya 0.3 faiz bahalaşaraq bareli 56.11 dollara çıxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















