“PAŞA Bank”ın xalis mənfəətində böyük artım
“PAŞA Bank” ASC 2018-ci ili 77 milyon 57 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank, 2017-ci ili 58 milyon 994 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “PAŞA Bank”ın xalis mənfəəti 30,6% artıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə “PAŞA Bank”ın faiz gəlirləri 15 milyon 355 min manat və ya 9,7% artaraq 173 milyon 512 min manat təşkil edib. Bank 2017-ci ildə 158 milyon 157 min manat faiz gəliri əldə etmişdi.
PAŞA Bankın qeyri-faiz gəlirləri isə xarici valyutadan xalis gəlirlərin azalması ilə əlaqədar olaraq 32,1% azalaraq 33 milyon 205 min manata düşüb. Qeyd edək ki, Dollar/Manat məzənnəsi sabitləşdiyindən spredlər də azalıb. Spredlərin azalması, bankların valyuta əməliyyatlarından gəlirlərinin azalması ilə nəticələnib.
2018-ci ildə “PAŞA Bank”ın, xərclər gəlirlərdən çıxıldıqdan sonra, mənfəət vergisi xərcindən əvvəl mənfəəti 98 milyon 837 min manat təşkil edib. 2017-ci ildə bu məbləğ 73 milyon 798 min manat idi. “PAŞA Bank” ötən il 21 milyon 780 min manat mənfəət vergisi ödəyib.
AKTİVLƏRİ 1 MİLYARD MANATDAN ÇOX ARTIB
31 Dekabr 2018-ci il tarixində “PAŞA Bank” 4 milyard 695 milyon 717 min manat cəmi aktivlərə malik olub. Bu, 2017-ci ilin sonu ilə müqayisədə 1 milyard 144 milyon manat və ya 32,2% çoxdur. Aktivlərin 1 milyard 440 milyon 257 min manatını investisiya qiymətli kağızları (3,6 dəfə artıb), 1 milyard 320 milyon 893 min manatını müştərilərə verilmiş kreditlər (40% artıb), 1 milyard 99 milyon 889 min manatını kredit təşkilatlarından alınacaq məbləğlər (24% azalıb) və s. təşkil edib.
2017-ci illə müqayisədə ötən il “PAŞA Bank”ın müştərilər qarşısında öhdəlikləri 1 milyard 101 milyon 306 min manat və ya 39% artaraq 3 milyard 923 milyon 288 min manata qalxıb.
Ötən ilin sonunda “PAŞA Bank” 418 milyon 148 min manat cəmi kapitala malik olub.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 7 saat sonra
- 3 d. əvvəl
-
- 33 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
11 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Ən çox oxunanlar
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub






.jpg)
.jpg)








.jpg)


