Çinin Ayda əkdiyi pambıq toxumları cücərdi
Çin Milli Kosmos İdarəsi, "Change-4" kosmos vasitəsi (raketi) tərəfindən Aya aparılan pambıq toxumlarının cücərdiyini açıqlayıb
"Marja" xəbər verir ki, "Change 4" adlı insansız raket, Ayın cənub qütbündəki "Aitken" hövzəsini tədqiq etmək üçün "qaranlıq üz" kimi tanınan əraziyə 3 Yanvarda uğurlu eniş etmişdi.
Bu günə qədər kosmos vasitələri Ayın qaranlıq üzünün şəkillərini çəksə də, "Change 4"ə qədər heç bir raket buraya enməmişdir.
Raket aya, bölgənin geoloji quruluşunu araşdıracaq alətlər ilə bərabər, pambıq və kartof toxumu əkilmiş torpaq, maya və meyvə milçəyi yumurtları aparıb.
Pambıq toxumlarının cücərməsi, Ayda ilk dəfə bioloji bir maddənin inkişaf etməsi deməkdir və bəşəriyyətin kosmos səfəri üçün böyük əhəmiyyətə malikdir.
AYDA YETİŞƏN İLK BİTKİ
Beynəlxalq Kosmos Stansiyasında bitki yetişdirilir, ancaq indiyədək Ayda heç bitki yetiştirilməmişdir.
Ayda bitkilərin yetişdirilməsi, uzunmüddətli kosmos vəzifələrinin ayrılmaz bir hissəsi ola bilər. Məsələn, Marsa edilən səfərlər mövcud texnologiya ilə 2,5 il davam edir. Əgər Aydan uğurlu şəkildə məhsul yetişərsə, astronavtlar Mars səyhətlərində ərzaq tədarükü üçün Dünyaya geri dönmək məcburiyyətində qalmayacaq.
Bitkilər raketdə bağlı bir qutunun içində saxlanılır. Qutunun içində süni və öz özünə inkişafı təmin edə bilən bir həyat sahəsi yaradılması hədəflənir.
Çin Kommunist Partiyasının yayım orqanı "Peoples Daily", cücərmiş toxumların fotosunu "Bəşəriyyətin Aydakı ilk bioloji təcrübəsinin nəticəsi" mesajı ilə Twitter-də paylaşıb.
Layihənin rəhbəri Professor Şie Gengşin "South China Morning Post" qəzetinə verdiyi açıqlamada, "Yerin cazibə qüvvəsinin olmadığı şəraitdə bitki yetişdirmək haqqında məlumat sahibi olmaq, gələcəkdə kosmosda bir baza yaratmaqda bizə kömək olacaq" deyib.
Professor Şie pambığın paltar hazırlanmasında istifadə ediləcəyini, kartofların astronavtlara qida mənbəyi olacağını bildirib.
Çinin rəsmi xəbər agentliyi "Şinhua", Dünyadan Aya 20 gün davam edən səyahət müddətində toxumların bir "bioloji texnologiya" ilə passiv hala gətirildiyini və nəzarət mərkəzindən raketə göndərilən əmr ilə suvarıldıqdan sonra toxumların böyüməyə başladığını açıqlayıb.
First in human history: A cotton seed brought to the moon by China's Chang'e 4 probe has sprouted, the latest test photo has shown, marking the completion of humankind's first biological experiment on the moon pic.twitter.com/CSSbgEoZmC
— People's Daily, China (@PDChina) 15 Ocak 2019
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 32 d. əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















