Britaniya parlamenti “Brexit” sazişini rədd etdi
Böyük Britaniyanın Baş naziri Theresa May-ın Avropa Birliyi ilə razılaşdırdığı birlikdən çıxış (Brexit) müqaviləsi parlamentdə keçirilən səsvermədə rədd edilib. Səsvermənin ardından Baş nazir Theresa May bu gün etimad səsverməsinə gedəcəyini açıqlayıb.
Britaniya parlemantariləri ölkənin Avropa Birliyindən çıxmasını nəzərdə tutan “Brexit” sazişinin əleyhinə səs veriblər.
Millət vəkillərindən 202 nəfər sazişin qəbul olunması lehinə, 432 nəfər isə əleyhinə çıxıb.
Baş nazir Theresa May səsvermə ərəfəsində, "Müqavilənin əleyhinə səs vermək qeyri-müəyyənlikdən, bölünməkdən, son dərəcə real bir müqaviləsiz çıxışdan başqa bir şey deyil",- ifadəsini işlətmişdi.
Ana müxalifətdəki Fəhlə Partiyasının Lider Jeremy Corbyn isə parlamentdə vəkillərə səsvermə öncəsi son dəfə müraciət edərək, "Bu müqavilənin bu gecə rədd edilməsinin ən yaxşı nəticəsi bir ümumi seçki olacaqdır",- demişdi.
Fəhlə Partiyasının Lideri, Baş nazir Theresa May hökumətinə qarşı etimadsızlıq səsverməsi tələb etdiyini açıqlayıb.
Səsvermədən dərhal sonra Avropa Şurasının sədri Donald Tusk, "Səsvermənin nəticəsindən məyus oluduq və Böyük Britaniya hökumətini növbəti addımlarla bağlı niyyətlərini mümkün olan ən qısa müddətdə aydınlaşdırmağa çağırırıq" açıqlamasında verib.
Müqavilənin rəddi ilə Böyük Britaniyada erkən seçki və yeni referendum kimi bir sıra variantın gündəmə gəlməsi gözlənilir. Hökumət erkən seçkiyə gedə bilər, müqaviləni yenidən səsverməyə çıxara bilər, May istefa verə bilər, yeni bir Brexit referendumu keçirilə bilər, Avropa Birliyindən müqaviləsiz çıxş ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
24 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 46 d. əvvəl
-
49 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb



























