Çörəyi torpaqdan çıxan AccessBank-ın müştərisilə REPORTAJ
(®) Hər dəfə müştərilərimizlə reportaja gedərkən yolboyu münbit torpaqlarımıza diqqətlə baxıram. İnanın ki, vaxtım olsa, saatlarla bu mənzərəni seyr edərəm. Növbəti səfərimdə bir daha anladım ki, torpağa etibar edən uduzmaz. Çünki bu məmləkətin milləti torpağa sevgidən başqa heç bir toxum əkməz! Torpaq isə heç vaxt borclu qalmır…
Bu dəfə Astara rayonuna üz tutmuşdum. Pensər kəndinin sakini olan müştərimiz Mədinə Həsənovanın da çörəyi sözün əsl mənasında torpaqdan çıxır. Mədinə xanımın hazırladığı təndirlər öz bərəkəti ilə seçilir. Müştərimizin bütün ailə üzvləri bu işə cəlb olunub. Öz dili ilə desək, çətin, lakin olduqca bərəkətli işdir.
Təndirin hazırlanması üçün gərək əlin palçığa bata, sonra isə həmin əllər odla oynamalıdır. Proses palçığın yoğrulmasından başlanılır. Lakin palçığın hazırlanması üçün dağdan gətirilmiş xüsusi torpaq lazımdır. Məhz bu torpaq daş və digər elementlərdən təmizləndikdən sonra Mədinə xanımın "qızıl əlləri" ilə yoğrulur və təndirin yapılmasına start verilir. Palçığın tərkibində daş olarsa, əziyyətiniz hədər gedə bilər. Təndir yapılması prosesi mərhələli şəkildə baş verir. Adətən bunu üç hissəyə bölürlər - aşağı, orta və yuxarı. Ardınca təndirin boğaz hissəsi qoyulur və ona bəzək verilir.
Yapılma prosesi bitdikdən sonra təndir 1 həftə ərzində qurudulur. Qurudulduqdan sonra təndirin aşağı hissəsində iki külfə (dəlik) açılır. Bu mərhələnin ardınca təndir bir-iki gün üzüaşağı saxlanılır. Sonuncu mərhələ isə təndirin oda verilməsindən ibarətdir. Bişmiş təndir satışa hazır sayılır.
Qəhrəmanım deyir ki, bu sənət səbr tələb edir. Tələsdinsə, təndirə düşəcəyin dəqiqdir: "Mən istəmərəm ki, kiməsə keyfiyyətsiz təndir satım. Çünki bir alıcının etibarını itirdinsə, o bir daha bu qapıya gəlməz".
Etibardan söz düşmüşkən, Mədinə xanım deyir ki, AccessBank ilə əməkdaşlıq etdiyi 10 il ərzində yetərincə etibar qazana bilib: "İndiyədək 1 dəfə belə kreditimi gecikdirməmişəm. Hətta bəzən çətinliyimiz də olub, amma mən bu etibarı sarsıda bilməzdim. Bilirəm ki, "Lənkəran" filialının əməkdaşları da məni çox istəyir və bir sözümüzü iki etmir. Mən zaman-zaman deyirəm ki, hər şeyi AccessBank-ın hesabına əldə etmişəm, amma "Lənkəran" filialının əməkdaşları deyir ki, biz sadəcə dəstək vermişik, siz hər şeyi öz zəhmətinizlə əldə etmisiniz. Adama yaxşıca stimul verirlər".
Bir şeyi də qeyd edim ki, bu ailənin hər bir üzvü uşaqlıqdan "odla oynayır". Mədinə xanım deyir ki, bu sənət nəsildən nəsilə ötürülür. Təsəvvür edin, bir vaxtlar onların dədə-babaları təndiri hazırladıqdan sonra belində alıcılara çatdırırmış.
Yeri gəlmişkən, Mədinə xanımın hazırladığı bir təndirin ömrü 1-2 il arasında dəyişir. Düzdür, burada əsas amil kimi kim tərəfindən və necə istifadə olunduğu götürülür.
Elə reportajı da Mədinə xanımın sözləri ilə bitirməyi özümə borc bildim: qoy, hamının ocağı daim yansın!
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)










