Dollara təsir edəcək önəmli iqtisadi göstəricilər açıqlanacaq - GÜNƏ BAXIŞ
Beynəlxalq birjalarında bu gün ABŞ-dan açıqlanacaq önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzindədir və volatilliyin artması gözlənilir.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma davam edir. Təhlillərə əsasən, dollar indeksi son iki ayın minimum səviyyəsini də aşağı istiqamətdə qırarsa, ucuzlaşma 1.3%-a kimi sürətlənə bilər.
Türkiyə maliyyə bazarlarında isə dolların qiyməti 5.62TL-yə kimi bahalaşqdıqdan sonra 5.44TL-yə kimi ucuzlaşıb və bu səviyyənin altında qalarsa, 5.36TL-yə kimi də ucuzlaşa bilər.
Dolların qiymətlərində ucuzlaşma, əmtəə birjalarında qızıl və neft qiymətlərinin də dəyər qazanmasına səbəb olur. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1295$-a təklif edilməkdədir və 1298$-ı da yuxarı istiqamətdə qırarsa, 1309$-a kimi bahalaşa bilər.
Avropanın Brent markalı neftinin bir barel qiyməti isə 56$-a ticarət edilir və 57$-ı da yuxarı istiqamətdə qırarsa, 59 və 62$-a kimi dəyər qazana bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da dərc ediləcək Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır. ABŞ-da kənd təsərrüfatı xaric məşğulluğun Dekabrda 178 min artdığının açıqlanacağı proqnozlaşdırılır. Noyabrda məşğulluq 155 min artmışdı.
ABŞ-da işsizlik nisbətinin dəyişməyərək 3,7%-də qalacağı gözlənilir.
Orta saatlıq maaşın Dekabrda illik müqayisədə 3%, aylıq müqayisədə isə 0,3% artdığının açıqlanacağı proqnozlaşdırılır. Noyabrda artımlar müvafiq olaraq 3,1% və 0,2% təşkil etmişdi.
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























