Ər-Riyadda ilk əyləncə kompleksi açılacaq
Ər-Riyadda ilk əyləncə kompleksi açılacaq.
Bu haqda məlumat Səudiyyənin əyləncə layihələri şirkəti tərəfindən yayılıb. Səudiyyə Ərəbistanın paytaxtında Şərq dairəvi yolu üzərində yerləşən ilk əyləncə kompleksinin sahəsi təqribən 100 min kvadratmetrdir. Müasir metodlar əsasında layihələşdirilmiş kompleks müxtəlif əyləncə obyektlərini əhatə edir.
Şirkətin direktorlar şurasının sədri Abdulla bin Nasir əl-Daud bildirib ki, bütün ölkə ərazisində yaradılması nəzərdə tutulan əyləncə kompleksləri müasir dizaynı ilə fərqlənəcək. Burada idman tədbirləri və əyləncə şouları keçirilməsi üçün açıq məkanlar, çoxsaylı restoranlar, kafe, kinoteatr və digər obyektlər olacaq. Direktorlar şurasının sədrinin sözlərinə görə, bu komplekslər asudə vaxtın səmərəli keçirilməsi, idman və incəsənət məşğələləri, müxtəlif mədəni və idman tədbirlərinin keçirilməsi üçün ideal məkana çevriləcək.
Nəzərdə tutulmuşdur ki, əyləncə mərkəzlərində həm ölkə vətəndaşlarına, həm də turistlərə müxtəlif xidmətlər təqdim ediləcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 49 d. əvvəl
-
-
1 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir


















.jpg)



