İldə 4 milyon litr süd istehsal ediləcək - YENİ AQROPARK
Ağsu rayonunun Ərəbsarvan bələdiyyəsi ərazisində ümumi sahəsi 1000 hektar olan aqropark salınır.
Rayon icra hakimiyyətindən bildirilib ki, “Ağsu Aqropark” QSC-yə məxsus aqroparkın ərazisinin 500 hektarında pilot suvarma sistemi qurulub. Hündürlüyü 4,5 metr olan bu qurğu yüksək həcmdə suvermə qabiliyyətinə malikdir. Pilot qurğu ilə suvarılan torpaqlarda əkiləcək qarğıdalı, arpa, yonca kimi yem bitkilərindən yüksək məhsul götürmək mümkün olacaq.
Aqroparkda 1000 başlıq südlük cins inək bəslənilməsi üçün 6 ədəd hər cür şəraiti olacaq tövlə tikilir. Burada il ərzində 4 milyon litr süd istehsalı nəzərdə tutulur. Habelə, yarıaçıq 4 ədəd tövlə də inşa olunur. Bu tövlələr kökəltmə istiqamətli 1000 baş cins heyvanın bəslənilməsi, ildə 600 ton ət istehsalı məqsədilə inşa edilir. Aqroparkın ərazisində iribuynuzlu mal-qaranın şirəli yemlə qidalandırılması üçün hər biri 1500 tonluq 6, hər biri 150 tonluq 10 silos quyusu tikilir. Burada istehsal gücü saatda 10 ton olan yem zavodu və istehsal gücü saatda 5 ton olan toxum fabriki də inşa olunur. Bundan başqa, ərazidə işçilər üçün ikimərtəbəli ofis və yeməkxana binası da tikilib.
Hazırda “Ağsu Aqropark” QSC-nin hesabında 40-a yaxın ən müasir maşın, traktor, kombayn, 100 vahiddən çox avadanlıqdan ibarət texnika parkı yaradılıb.
Aqroparkın gələn ilin may-iyun aylarında tam istifadəyə verilməsi nəzərdə tutulub.
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 21 d. əvvəl
- 31 d. əvvəl
-
47 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək























