Manatın xarici bazarlarda satışı başladı - İLK DƏFƏ
PAŞA Bank yerli bazara yeni valyuta cəlbetmə alətini çıxardı
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun, xüsusilə turizm və iaşə/yerləşdirmə sahəsinin inkişafına töhfə verməklə ölkənin aparıcı korporativ bankı PAŞA Bank xarici valyutada pul axınlarının cəlb edilməsi istiqamətində yerli bazar üçün yeni bir alətin tətbiqinə başlayıb.
2018-ci ilin dekabr ayından etibarən PAŞA Bank ölkədə ilk dəfə olaraq milli valyutanın xarici bazarlarda satışına başlayıb. Bu barədə "Marja"ya Bankdan bildirilib.
PAŞA Bankın Xəzinədarlıq Departamentinin direktoru Ceyhun Hacıyevin dediklərinə əsasən, Azərbaycanda iqtisadiyyatın aparıcı sektorlarının inkişafı naminə təsdiq edilmiş 12 strateji yol xəritəsinin fəal işləməsi ölkənin regional və dünya miqyasında mövqelərini gücləndirir və bu, ilk növbədə ölkədə cəlbedici investisiya mühitini formalaşdırır və ölkə hüdudları daxil olmaqla milli valyutaya olan tələbin davamlı artımına şərait yaradır.
"Aparıcı texnologiyaların və qabaqcıl beynəlxalq təcrübələrin Azərbaycan bazarında tətbiqi baxımından ölkə miqyaslı aparıcı banklardan biri olan PAŞA Bank yerli bazara xarici valyutanı cəlb etmək üçün alternativ üsulların yaradılmasına töhfə verir. Bu qəbildən olan növbəti uğurlu addım 2018-ci ilin dekabr ayından etibarən milli valyutanın xarici bazarlarda birbaşa satışının gerçəkləşməsini təmin edən yeni bir alətin ölkə bazarında tətbiqi ilə bağlıdır. Əminəm ki, bu yenilik son illər bazarda əldə etdiyimiz digər nailiyyətlərimizlə yanaşı Azərbaycan iqtisadiyyatının sonrakı mərhələlərdə də davamlı inkişafına və beynəlxalq miqyasda rəqabət qabiliyyətinin möhkəmlənməsinə qulluq edəcək” – deyə C. Hacıyev bildirmişdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 48 d. əvvəl
-
53 d. əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)








.jpg)






