Azərbaycana İran və Türkiyədən səfər edənlərin sayında azalma
-Azərbaycana səyahət edən əcnəbi vətəndaşların sayı 2,5 milyona çatır;
-Noyabrda İrandan səfər edənlərin sayında 40% azalma müşahidə olunur
2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana səfər etmiş əcnəbilərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 6% və ya 151 min nəfər artıb. Tövlət Turizm Agentliyinin yaydığı hesabata görə, bununla da sərhədlərimizi keçən səyahətçilərin sayı təxminən 2,5 milyona çatıb.
Səyahət edənlərin 50%-dən çoxu Rusiya və Gürcüstandan gəlib. Belə ki, bu ölkələrdən gələnlərin sayı 4% və 13% artaraq, 817 və 550 min nəfər olub.
Ən diqqətəlayiq artım isə Orta Şərq və Asiya regionlarına aiddir. Sözügedən regionlardan gələnlərin sayı, müvafiq olaraq 39% və 56% artaraq 346 və 297 min nəfər təşkil edib. Ənənəvi olaraq, Pakistan (37 min), Qazaxıstan (35 min), Hindistan (35 min) və Türkmənistan (25 min) Asiya, BƏƏ (81 min), Səudiyyə Ərəbistanı (70 min) və İraq (64 min) isə Yaxın Şərq bölgəsinin əsas bazarlarıdır.
“Müsbət artım tendensiyasına malik ölkələrlə yanaşı azalma da müşahidə olunan bölgələr mövcuddur. Belə ki, yanvar-noyabr ayları ərzində İrandan gələn səyahətçilərin sayı 114 min nəfər azalaraq 227 min nəfər təşkil edib ki, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 33% azalma deməkdir. Məlumat üçün bildirək ki, 2017-ci ildə İran İslam Respublikası Rusiya və Gürcüstandan sonra Azərbaycan turizminin üçüncü ən böyük bazarı idi. Görünür, İran 2018-ci ildə Azərbaycan turizmində bu əlverişli mövqeyini itirəcəkdir. Türkiyədən gələnlərin sayında da azalma müşahidə olunub - keçən ilin eyni dövrü ilə müqayisədə türkiyəli səyahətçilərin sayı 3% azalaraq 267 minə nəfərə enib”,- hesabatda deyilir.
Noyabr ayında ölkəmizə səfər edənlərin sayı 2017-ci illə müqayisədə 6% artaraq 213 min nəfərə çatıb. Əhəmiyyətli artım Gürcüstandan (25%) və cəmi 18 min nəfər təşkil etməsinə baxmayaraq, Asiya ölkələrindən (53%) gələnlərin sayında müşahidə olunub (bax Qrafik 2). İl boyu olduğu kimi noyabr ayında da İrandan gələnlərin sayında kəskin azalma (40%) baş verib.
Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində Azərbaycana gəlmiş səyahətçilərin ümumi sayının 65%-ni təşkil edir. Bununla belə, qeyd edilmiş 6 ölkə və regionun bazar payında bəzi dəyişikliklər baş verib. Belə ki, İran 2017-ci ilin eyni dövrü ilə müqayisədə bazar payının təqribən 5%-ni, Rusiya və Türkiyə isə sadəcə 1%-ni itirib. Yaxın Şərq, Asiya və Gürcüstanın bazar payı isə əksinə müvafiq olaraq 3%, 2% və 1% artıb.
Xarici səyahətçilərin sayı Dövlət Miqrasiya Xidməti tərəfindən verilən məlumata əsasən, Azərbaycanın dövlət sərhədini keçmiş xarici vətəndaşların sayına müvafiq olaraq hesablanıb. Bu rəqəmlər turizm məqsədilə səfər edən şəxslərlə yanaşı, BMT-nin Ümumdünya Turizm Təşkilatının 2008-ci ilin Turizm Statistikası üçün Beynəlxalq Tövsiyələrinə uyğun olaraq, bu kateqoriyaya aid edilməyən digər səyahətçiləri, misal üçün, sərhəd işçiləri, uzunmüddətli işçilər və tələbələr, pasiyentləri və s. əhatə edir. Nəticə etibarilə, gəlmə turizm axını bu hesabatda qeyd edilmiş səyahətçilərin sayından bir qədər azdır.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana dünyanın 195 ölkəsindən 2 milyon 633,5 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 saat sonra
-
- 8 d. əvvəl
-
9 d. əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
11 d. əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 13 d. əvvəl
- 14 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla Efiopiya arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında
Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib
"BakuBus" tezliklə Naxçıvan şəhərində fəaliyyətə başlayacaq



















