Dollar Fed-in iclası ərəfəsində ucuzlaşır
Dollar, Fed-in gələn il bir müddət faiz artırmağa fasilə verəcəyinin gözlənməsi ilə ucuzlaşır.
"Marja" xəbər verir ki, ABŞ pulu, G-10 ölkələrinin pul vahidlərinin bütünü qarşısında dəyər itirib.
ABŞ-ın 10 illik xəzinə istiqrazlarının faizi May ayından bu yana ilk dəfə 2.8 faiz səviyyəsindən aşağı düşüb.
ABŞ iqtisadiyyatına dair bədbin mənzərə və son vaxtlar neft qiymətlərinin düşməsi inflyasiyanı daha da aşağı salır. Belə bir vəziyyətdə Fed gözləmə mövqeyini seçə bilər.
Fed-in iki gün davam edən iclası bu axşam başa çatacaq və iclasında faizin bu il dördüncü dəfə artırılacağı gözlənilir. Amma Fed 2019-cu ildə faizin artırılması sayını 3-dən 2-yə endirə bilər.
ABŞ Prezidenti Donald Tramp da Fed-i faiz artırdığına görə tənqid etməyə davam edir və Fed-ə "səhv etməkdən qaçması lazım olduğu" barədə xəbərdarlıq edib
Dolların G-10 ölkələrinin pulları qarşısındakı dəyərini göstərən Bloomberg Dollar Spot İndeksi 0.3 faiz geriləyib.
Avro/dollar məzənnəsi isə 0.4 faiz yüksələrək 1.1405 səviyyəsinə çatıb (Avro bahalaşıb, dollar ucuzlaşıb).
Qızılın qiyməti isə Fed-in iclası ərəfəsində 5 ayın ən yüksək səviyyəsinə qalxıb. Qızıl 0.2 faiz dəyər qazanaraq unsiyası 1251.41 dolları görüb. Bu, 11 İyuldan bu yana ən yüksək səviyyədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)









