Dollar Maya doğru bahalaşa bilər
Dünyada 3 iri kredit reytinqi agentliyindən biri olan "Standard and Poor's (S&P)" ABŞ Mərkəzi Bankı Fed-in 2017-ci il ərzində 3 dəfə faiz artıracağını gözləyir.
“Marja” xəbər verir ki, S&P, Fed-in Federal Açıq Bazar Komitəsinin 30 Yanvar - 1 Fevral iclasının protokollarında iqtisadi fəallığının doğru yolda irəliləməsi vəziyyətində Fed-in "olduqca yaxın zamanda" faiz artıracağına işarələr etdiyini açıqlayıb.
Beynəlxalq kredit reytinqi agentliyi, Fed-in bu il ilk dəfə faizi Mart toplantısında deyil, May ayında artıracağını proqnozlaşdırır.
Qeyd edək ki, artıq ABŞ valyutası Fed-in bu il 3 dəfə faiz artıracağı xəbəri ilə güclənməyə başlayıb. Avro/dollar məzənəsi yenidən 1.05 səviyyələrinə düşüb (Dollar bahalaşıb, Avro ucuzlaşıb).
Fed-in May ayında faiz artıracağı ehtimalı daha çox güclənir. Bu ehtimal daha da gücləndikcə Dolların bahalaşmasının davam edəcəyi proqnozlaşdırılır. Aprel ayında Dolların güclənməsi daha sürətli ola bilər. Çünki Fed-in faiz artıra biləcəyi toplantı 2-3 May tarixlərində keçiriləcəkdir. Bir sıra iri beynəlxalq investisiya bankları Dolların bahalaşması nəticəsində bu il 1 avronun 1 dollara bərabər olacağını gözləyirlər.
Fed/Kaplan: Fed nə qədər tez faiz artırsa, o qədər yaxşıdır
Fed-in Dallas şöbəsinin sədri Robert Kaplan verdiyi bəyanatda ABŞ Mərkəzi Bankının faizi nə qədər tez artırarsa, o qədər yaxşı olacağını deyib.
Kaplan, ABŞ iqtisadiyyatının bu il 2 faiz artacağı qənaətində olduğunu bildirib və iqtisadiyyatın tam məşğulluğa yaxınlaşdığını deyib.
Kaplan, "Gec qalmaqdansa tez hərəkət etməyimiz daha yaxşıdır. İqtisadiyyat sürətlə "qıza" bilər. Sonra daha aqressiv hərəkət edilən bir vəziyyətə düşmək istəmirəm" şəklində bildirib.
Kaplanın bu il pul siyasəti qərarlarında səsvermə hüququ var.
Fed/Lockhart: Faiz böyük ehtimalla 2 və ya 3 dəfə artırılacaq
Fed-in Atlanta şöbəsinin sədri Dennis Lockhart da, Fed-in bu il böyük ehtimalla bu il 2 və ya 3 dəfə faiz artıracağını bildirib. Lockhart, son zamanlar iqtisadi göstəricilərin Fed-ə xeyli yardım etdiyini vurğulayıb.
Lockhart, ABŞ-da iqtisadi vəziyyətin "sağlam" olduğunu ifadə edib.
Qeyd edək ki, Fedin Mart ayı toplantısı 14-15 Mart tarixlərində, bir növbəti toplantısı isə 2-3 May tarixlərində keçiriləcəkdir. İnvestorlar Fed-in Martda faiz artıra biləcəyinə 35%, May ayına isə 60%-ə yaxın ehtimal verirlər. Analitiklər bildirirlər ki, Fed, Trump-ın maliyyə siyasətinin məlum olması, inflyasiya və məşğulluqdakı artımlardan tam əmin olması üçün bir qədər də gözləyəcək və Martada faiz artırmayacaqdır. Fed “çox qısa zamanda faiz artırılacaqdır” dedikdə May ayını nəzərdə tutur.
Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donlad Trump vergi dərəcələrini aşağı salacağı və investisiya xərclərini artıracağı sözünü verib. Vergilərin azalması və dövlət xərclərinin artması iqtisadi inkişafı daha da sürətləndirə, belə olan halda Fed faizi daha tez artırmaq məcburiyyətində qala bilər. Faiz dərəcəsi (uçot dərəcəsi) böhranlar zamanı iqtisadiyyatı canlandırmaq üçün əsas alətlərdən biridir. İqtisadi vəziyyət normal olan vaxtı faiz yuxarı saxlanılır, vəziyyət pisləşdikdə isə aşağı salınır. Bu gün ABŞ-da uçot dərəcələri çox aşağıdır, növbəti böhranlar zamanı faizin aşağı salınması üçün o yüksək olmalıdır. Bu səbədən də faizlər tezliklə artırılmalıdır.
Fed faiz artırdıqda Dollar mühüm valyutalar qarşısında bahalaşır, azaltdıqda isə ucuzlaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
13 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
14 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
14 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
14 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
15 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
15 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
15 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır






























