"Hər yer reklam qışqırır" -YENİ TEXNOLOJİ DÖNƏMDƏ PR
Anar Əskərov 10 ildən çox təcrübəsi olan PR üzrə mütəxəssisdir. Onun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək müştərilərinə öz brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.
-Texnoloji inkişaf PR-ə necə təsir edib?
-Yeni medianın inkişafı və informasiya bolluğu dönəminin PR-ə təsirsiz ötüşməsi mümkün deyil. PR-in əsas məqsədi hər hansı şirkətə, fərdə və ya istənilən brendə məxsus mesajı onun hədəf auditoriyasına çatdırmaqdan ibarətdir. Yəni PR-in əsas amili informasıyadır. İnformasiyanın ötürülməsi dünənə qədər yalnız ənənəvi media vasitələri üzərindən (qəzet, jurnal, televiziya, radio) aparılırdısa, artıq bügün bu fəaliyyət sosial şəbəkələr və influenserlər vasitəsilə də həyata keçirilir. Artıq PR dedikdə, bir PR mütəxəssisinin təkcə jurnalistlərlə münasibətini yox, həm də onun yeni alətlərlə əlaqəsindən də bəhs etmiş oluruq.
-İnformasıyanın yayımı zamanı yeniliklər dedikdə, hansı yenilikləri nəzərdə tutursunuz?
-Ənənəvi PR-də əksər hallarda yalnız press-relizlərin yayılması və media ilə düzgün əlaqələrin təşkili nəzərdə tutulur. Araşdırma göstərir ki, şirkətlərin yaydıqları standart mətnlərə oxucular tərəfindən maraq çox aşağıdır. Buna səbəb press-relizlərin daha çox reklam və ya elan xarakterli olmasıdır. Yeni texnoloji dönəmdə insanların diqqətinin yayınma müddəti günü-gündən aşağı düşür. Araşdırmalara görə, insanların diqqətinin yayınma sürəti 18 il ərzində 12 saniyədən 4 saniyəyə enib. Təbii ki, bu, bir PR-çinin lazım olan mesajı öz oxucusuna çatdırması istiqamətində qurduğu planlara ciddi təsir edir. Beləliklə, PR mütəxəssisləri yeni vasitələrdən istifadə edir, informasiyanı öz oxucularına müasir alətlərlə çatdırmağa çalışırlar. Yəni insanlar məlumatı kiçik porsiyalarda qəbul etməyi xoşlayırsa, PR-çi də bu istiqamətə köklənib informasiyanın yayımı zamanı yenilikləri nəzərə almalıdır.

Artıq hər kəs xəbər yarada və yaya bilir. Fərqi yoxdur, düz və ya yalançı xəbər (fake news). Belə olan halda, insanlar üçün şirkətlərin yaydıqları press-relizlərdən çox üçüncü şəxslərin, yəni influenserlərin həmin şirkətlər barədə fikirləri daha maraqlıdır. Təbii ki, bu istiqamətdə də şirkətlər bir neçə ildir ki, külli miqdarda vəsait sərf edir və influenserlər vasitəsilə məhsullarını reklam edir və mesajlarını hədəf auditoriyalarına çatdırmağa çalışırlar. Fikrimcə, bu da uzunmüddətli proses olmayacaq. Çünki izləyicilər də bloqqer və influenserin hansısa məhsulu reklam etməsini bir çox hallarda anlamağa başlayıb. İzləyicinin beynində yaranan ilk sual “görəsən, bu bloqqer bu məhsuldan danışmaq üçün nə qədər pul alıb”
-Sosial media brendlərlə onların auditoriyaları arasında məsafəyə necə təsir edib və PR-in burda rolunu nədə görürsunuz?
-Sosial şəbəkələrin hər kəsə “səs” verməsi brendləri öz auditoriyalarına daha da yaxınlaşdırıb. PR komandası bu əlaqənin keyfiyyətli və dayanıqlı qurulması üçün həmin səsləri, söhbətləri dinləməlidir. Brendin öz auditoriyası ilə ünsiyyətinin düzgün qurulması prosesi PR komanadasının onlayn, ya da oflayn mühitdə şirkətlə bağlı danışılan, müzakirə olunan bütün məqamları düzgün analiz edib brendlə bağlı qərar verən heyətə təqdim etməlidir. PR komandası dinləmə prosesini ən düzgün şəkildə qurmaqla brendlə auditoriya arasında düzgün kommunikasiyanı təşkil edir.
-Yeniliklər PR komandasının üzvlərinə necə təsir edib?
-Müasir PR komandası ənənəvi PR komandasından fərqli olaraq tərkibinə yeni üzvlər cəlb edib. Bunlar araşdırma üzrə (research) analitiklər, SEO mütəxəssisləri, dizaynerlər, multimedia mütəxəssisləri, kontent menecerləridir.
-Son dövrdə şirkət adlarından daha çox şəxs adlarını eşidirik. Şəxsi reputasiyanın düzgün idarə olunması nə üçün bu qədər vacib olub?
-Hər yer reklam qışqırır. Biz düzgün qərar vermək üçün hər hansı bir şəxsin xidmətlərindən istifadə etməyə hazırlaşarkən 3-cü şəxslərdən məsləhət alırıq və internetdə araşdırma aparırıq. Bu, dişimizə qulluq etmək üçün axtardığımız yeni dantis, yeni saç düzümü üçün bərbər, yeni iş görəcəyimiz insan və ya işə götürəcəyimiz mütəxəssis ola bilər. Araşdırmaları çox vaxt onlayn axtarış platformaları üzərindən aparırıq. Həmin şəxsin xidmətlərindən istifadə edib etməməyimiz axtarış zamanı ortaya çıxan pozitiv və ya neqativ linklərdən asılıdır. Bir sözlə, əhəmiyyətli olan Google-un ilk səhifələridir.
Bu səbəbdən, reputasiyanın düzgün idarə olunması indiki dönəmdə əhəmiyyətini daha da artırıb. Fərd satdığı xidmətləri düzgün şəkildə göstərmək üçün PR-in tərkib hissəsi olan şəxsi reputasiyanın idarə olunması standartlarından düzgün istifadə etməlidir. Onlayn görünüşümüz bütün standartlara uyğun təşkil olunmalıdır. Yəni "LinkedIn" profilində dünən dostları ilə əylənərək çəkdiyi videonu paylaşan şəxsi işə götürərkən bir neçə dəfə düşünürük.
- Müsahibə üçün təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























