OPEC Qətərin təşkilata üzvlükdən çıxmasını şərh edib
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri bazarda tarazlığın və sabitliyin əldə edilməsinə sadiqdir.
Bu barədə OPEC məlumat yayıb. Bildirilir ki, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo Qətər tərəfindən bu ölkənin OPEC Əsasnaməsinin 8-ci maddəsinə əsasən gələn il yanvarın 1-dən təşkilata üzvlükdən çıxarılmasına dair məktub alıb. Qətərin energetika naziri Saad al-Kaabinin məktubunda OPEC-ə üzv ölkələrə, OPEC-in baş katibinə və təşkilatın bütün heyətinə təşəkkür edib.
“Hər bir üzv ölkənin təşkilatdan çıxmaq hüququ vardır və buna OPEC Konfransının heç bir razılığına ehtiyac yoxdur. Təşkilat Qətərin tərəfindən alınan qərarına hörmətlə yanaşır. OPEC Katibliyi üzv olduğu bir neçə onilliklər ərzində təşkilata dəstəyinə görə Qətərə təşəkkür edir”, - deyə OPEC-in məlumatında qeyd olunur.
Təşkilat bildirir ki, son üç ildə Qabon (2016-cı il), Ekvatorial Qvineya (2017-ci il) və Konqo (2018-ci il) OPEC-ə üzvlüyə qəbul edilib: “OPEC təşkilata üzv olmaq istəyən istehsalçıların davamlı marağını yüksək qiymətləndirir. OPEC əvvəllər olduğu kimi təşkilata üzv və “Əməkdaşlıq Bəyannaməsi” vasitəsilə OPEC-ə üzv olmayan 10 ölkə ilə birgə bazarda tarazlığın və sabitliyin əldə edilməsi, davam etdirilməsinə tam sadiqdir”.
Xatırladaq ki, ötən gün dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı və gündəlik orta hesabla 650 min barrel neft istehsal edən Qətər 57 ildir üzv olduğu OPEC-dən gələn il yanvarın 1-dən etibarən çıxacağını açıqlayıb. Qətərin energetika naziri Saad al-Kaabi ölkəsinin OPEC-ə üvlükdən çıxmasını texniki və strateji qərar olduğunu bildirib.
Qeyd edək ki, 15 üzv ölkəsi olan OPEC Səudiyyə Ərəbistanı, İran, Küveyt, İraq və Venesuela tərəfindən 1960-cı ildə yaradılıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)







