Qeyri-neft sektorunda ixracın vəziyyəti açıqlandı
Azexport.az portalına 2018-ci ilin ilk 10 ayında 433 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin noyabr sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 351 milyon ABŞ dolları təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə ixrac 132 milyon ABŞ dolları və ya 11 faiz artıb. Cari ilin 10 ayı ərzində Rusiyaya 467,1 milyon, Türkiyəyə 293,8 milyon, İsveçrəyə 114,4 milyon Gürcüstana 106,5 milyon və Qazaxıstana 38,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 10 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 10%, Türkiyəyə 21%, İsveçrəyə 1%, Qazaxıstana 48% artmış, Gürcüstana isə 1,4% azalıb.
2018-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (149,9 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 99,9 milyon ABŞ dolları) ikinci olub. Xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen isə (68,5 milyon ABŞ dolları) bu siyahıda üçüncü yerdə qərarlaşıb.
Ümumiyyətlə 2018-ci ilin yanvar-oktyabr ayları ərzində meyvə-tərəvəz ixracı 405,5 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 103,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 102,7 milyon, elektrik enerjisinin ixracı 60 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 72,2 milyon, pambıq lifi ixracı 64,5 milyon, kimya sənayesi məhsullarının ixracı 63,9 milyon, pambıq ipliyi ixracı 19 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 10 ayında pambıq lifinin ixracı 2,3 dəfə, elektrik enerjisinin ixracı 62 faiz, pambıq ipliyinin ixracı 41 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 28 faiz, meyvə-tərəvəzin ixracı 8 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 5 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5 faiz artıb.
2018-ci ilin oktyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 144 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (64,9 milyon ABŞ dolları) başlıq edib. Daha sonra bu siyahıda Türkiyənin (18,2 milyon ABŞ dolları), İsveçrənin (9,2 milyon ABŞ dolları), Gürcüstanın (9,1 milyon ABŞ dolları), Ukraynanın (7,3 milyon ABŞ dolları) və digər ölkələrin adları var.
Bu ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (23,4 milyon ABŞ dolları) birinciliyi ələ alıb. Qabığı təmizlənmiş meşə fındığı (13,3 milyon ABŞ dolları) ilə alma (7 milyon ABŞ dolları) isə ikinci və üçüncü yeri bölüşüblər.
“İxrac İcmalı”nın noyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. 2018-ci ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Kapitan Fruits" MMC, "Baku Steel Company" MMC, “Azfruittrade” MMC, “Food Export Şəmkir” MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, “Sun Food” MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd" MMC təmsil olunub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlərin adları var: "Det-al Alüminium" MMC, "Azərenerji" ATSC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, "SOCAR Methanol" MMC, “CTS-Agro” MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC.
“İxrac İcmalı”ndə həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 22,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edibr. 2018-ci ilin oktyabr ayında isə “Azərkosmos” ASC dünyanın 17 ölkəsinə 5,7 milyon ABŞ dolları dəyəri xidmət ixrac edib.
“Azərkosmos” ASC-nin 2018-ci ilin 10 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malaziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.
Eyni zamanda “İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən gələnlərin 31,1 faizi Rusiya Federasiyası, 20,2 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,9 faizi İran, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,8 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi İraq, 2,0 faizi Ukrayna, 1,6 faizi İsrail, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. 2018-ci ildə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində isə artım müşahidə edilib. Belə ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1119 milyon manat təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 248 milyon manat və ya 28 faiz artıb.
Bu ilin oktyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 117 milyon manat təşkil etmiş və ötən ilin oktyabr ayı ilə müqayisədə 57 faiz artıb.
“İxrac İcmalı”nda 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin oktyabr ayı ərzində Azexport.az portalına 23 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2018-ci ilin 10 ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 433 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-oktyabr aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 10 faiz artıb. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 oktyabr tarixinə kimi (22 ay ərzində) Azexport.az portalına dünyanın 108 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 908 milyon ABŞ dolları təşkil edib.
“İxrac İcmalı”nın noyabr sayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd edilib ki, bu ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirdikləri ixracın dəyəri isə 11,8 milyon ABŞ dolları olub. Sertifikat verilən məhsullar Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, İsveçrə, İtaliya, İran, Polşa, Çin, Çex Respublikası, Estoniya, Almaniya, Moldova, İraq, Özbəkistan, Tacikistan, Koreya, İsrail və Malayziya daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac olunub. Hazırda ölkənin qeyri-neft ixracının 10 faizinin sənədləşdirilməsi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir.
İcmalın bu sayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin “İxrac əməliyyatlarında maliyyə dəstəyi” mövzusunda tədbir keçirilməsi ilə bağlı məlumatda əksini tapıb.
Həmçinin “İxrac İcmalı”nın noyabr sayında Bolqarıstana və Almaniyaya ixrac missiyası, Azərbaycan şərabları Çində “Prowine China” beynəlxalq şərab sərgisində nümayiş edilməsi və s. məsələlər barədə də məlumatlar verilib.
Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 25 d. əvvəl
-
-
43 d. əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
2 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
-
2 saat əvvəl
Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
-
2 saat əvvəl
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
-
3 saat əvvəl
Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"

























