Hesab.az-da “Hərrac” başlayıb!
(®) Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az-da ödəniş etmək həm sürətli, həm də rahat olmaqla yanaşı təhlükəsizdir və eyni zamanda da bonuslar qazanmaq imkanı verir. Daha sonra bonuslarınızı Dərhal dəyiş bölməsində müxtəlif kampaniya, hədiyyələrə dəyişə yaxud ildə bir neçə dəfə keçirilən Hərracda iştirak edərək hədiyyə qazanmaq şansı əldə edə bilərsiniz.
Hesab.az bu ilin növbəti Hərracını 21 noyabrdan etibarən başlatmışdır. Məlumat üçün qeyd etmək istərdik ki, Hərrac artıq uzun müddətdir ildə bir neçə dəfə həyata keçirilir. Əsasən dəyərli hədiyyə qazanmaq imkanı verən Hərracda olduqca qızğın mübarizə gedir. Telefonlar, yaddaş kartları, kino biletləri, USB kabel və s. kimi onlarla hədiyyə istifadəçilərin olduqca böyük marağına səbəb olur.
Hədiyyələrə müxtəlif bonus dəyəri təyin olunur və 24 saat ərzində daha üstün bonus təklif verən şəxs qalib olur. Bütün iştirak şərtləri haqqında məlumatlarla sayta daxil olarkən tanış olmaq olar. Keçirilən Hərrac zamanı kimin hansı təklifi verdiyini və ya qalib olduğunu istifadəçilər tam şəkildə görə bilirlər.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
34 d. əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
1 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
3 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı



























