ABŞ-ın xam neft ehtiyatları artıb - QİYMƏTLƏR DÜŞÜR
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 3,6 milyon barel (0,8 faiz) artımla 450,5 milyon barelə çıxdığını açıqlayıb.
"Marja" xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 800 min barrel artacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 4,9 milyon barrel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 2 milyon barrel (0,3 faiz) azalaraq 650,6 milyon barrelə enib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
ABŞ-ın benzin ehtiyatları da ötən həftə 800 min barel (0,3 faiz) azalaraq 224,6 milyon barelə düşüb. Benzin ehtiyatlarına dair bazar gözləntisi 600 min barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,3 milyon barel azalmışdı.
ABŞ-ın xam neft idxalı, keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 608 min barel artımla 8,16 milyon barelə çatıb, ixracı da gündəlik orta hesabla 473 min barrel artaraq 2,44 milyon barrelə yüksəlib.
NEFT HASİLATI REKORD SƏVİYYƏDƏDİR
Ölkənin xam neft istehsalı isə keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 5 min barel azalıb. Azalmaya Alyaska ştatındakı istehsaldan qaynaqlanıb, digər ştatlarda isə dəyişiklik olmayıb.
Beləliklə, 17-23 Noyabr həftəsində ABŞ-ın xam neft istehsalı təxminən gündəlik orta hesabla 11,7 milyon barrel olub. Bu, ölkə tarixində rekord səviyyədir.
Ölkənin xam neft istehsalı isə son 46 həftədə 9 dəfə azalma göstərib.
EIA-nın Noyabr hesabatına görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 10,9 milyon barrel, gələn il isə 12,1 milyon barrel olacağı ehtimal edilir.
NEFT QİYMƏTLƏRİ DÜŞÜR
ABŞ-ın xam neft ehtiyatlarındakı artım ilə bağlı olaraq neft qiymətləri düşür. Brent növü xam neftin barrel qiyməti 58,79 dollara, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftin barrel qiyməti də 50,09 dollara qədər geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)









