İki şirkətin yarıdan çoxuna nəzarət etdiyi bazar
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış 617,171 milyon manat sığorta haqqının 344,858 milyon manatı və yaxud 55,9%-i "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistika hesabata görə, "PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 226,793 milyon manat (36,75%) və 118,065 milyon manat (19,15%) sığorta haqqı toplayıblar.
Daxilolmaların məbləğinə görə, 3-cü yerdə 46,133 milyon manatlıq (7,5%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 4-cü yerdə 40,58 milyon manatlıq (6,6%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), 5-ci yerdə isə 31,199 milyon manatlıq (5%) göstərici ilə "Atəşgah Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi yığımları 462,77 milyon manat təşkil edib ki, bu da bazarın 75%-i deməkdir.
21 sığortaçı arasında ən az sığorta haqqı toplayanlar isə "Naxçıvan Sığorta" (221 min manat), "Amrah Sığorta" (509 min manat) və "Bakı Sığorta" (783 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi yığımları 1,513 milyon manat təşkil edib ki, bu da bazarın cəmi 0,2%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin yığımları isə 1-23 milyon manat arasında dəyişir və onların bazar payı 152,888 milyon manat və yaxud 24,8%-dir.
Ödənişlərin 52%-ni "PAŞA Holdinq" həyata keçirir
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyata keçirilmiş 205,96 milyon manatlıq sığorta ödənişlərinin 51,5%-i və yaxud 106,001 milyon manatı "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.
"PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 64,479 milyon manat (31,3%) və 41,522 milyon manat (20,2%) ödəniş ediblər.
Ödənişlərin məbləğinə görə, 3-cü yerdə 16,837 milyon manatlıq (8,2%) göstərici ilə "Atəşgah Sığorta" ASC, 4-cü yerdə 12,937 milyon manatlıq (6,3%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 5-ci yerdə isə 12,371 milyon manatlıq (6%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi ödənişləri 148,146 milyon manat təşkil edib ki, bu da bazarın 72%-i deməkdir.
21 sığortaçı arasında ən az ödəniş edənlər isə "Naxçıvan Sığorta" (3 manat), "Amrah Sığorta" (62 min manat) və "Bakı Sığorta (174 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi ödənişləri 239 min manat təşkil edib ki, bu da cəmi 0,1%-lik pay deməkdir.
Qalan 13 sığorta şirkətinin ödənişləri 57,575 milyon manat və yaxud bütün ödənişlərin 27,9%-i qədərdir.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 11 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
16 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
16 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb






















