"Dollar "göyərçin Fed" gözləntisi ilə düşə bilər"
"Saxo Capital"dan Van-Petersen, Fed protokollarının "şahin" çıxacağının gözlənilməsinə görə Dolların düşəcəyini qeyd edib
"Saxo Capital Markets"in qlobal makro strateqi Kay Van-Petersen, bazarların bu həftə açıqlanacaq ABŞ Mərkəzi Bankının (Fed) iclas protokollarının "şahin" çıxmasını gözləmədiyini və bu vəziyyətin dolların zəifləməsinə səbəb olacağını nəzərdə tutur.
"Marja" xəbər verir ki, Van-Petersen, səhmlərində gözləntinin aşağı və istiqrazlarda isə yuxarı istiqamətli olduğunu, bu səbəbdən bazarın protokollarda səngiyən iqtisadi göstəricilər və neytral faiz kimi "göyərçin" əlamətlər axtaracağını bildirib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Ancaq riskin açıq bir şəkildə yuxarı istiqamətli olduğunu qeyd edən Van-Petersen, "Əgər yavaşlayan göstəricilər, neytral faiz və ya buna bənzər mövzular üzərində çox az müzakirə olarsa, ya da heç olmasa, Dollarda güclü bir yüksəliş görülə bilər", - deyib.
Van-Petersen: "Ticarət müharibəsi cəbhəsində, ABŞ ilə Çin arasında 30 Noyabrdakı G-20 zirvəsində təmin ediləcək potensial bir müqavilə risk aktivləri üçün yaxın perspektivdə müsbət olacaqdır, ancaq müqavilə olmaması vəziyyətində digər bir aşağı hərəkət görülə bilər" .
ABŞ pul vahidinin G-10 ölkələrinin pulları qarşısındakı gedişini göstərən Bloomberg Dollar Spot İndeksi Cümə günü 0.4 faiz artdıqdan sonra 0.2 faiz geriləyib.
Bu gün maliyyə bazarlarında isə sərt pul siyasətlərini müdafiə edənlərə "şahin", yumuşaq pul siyasətlərini müdafiə edənlərə isə "göyərçin" deyilir.
Protokolların "şahin" çıxması Fed-in pul siyasətini sərtləşdirməkdə davam edəcəyinə (faiz artıracağına), "göyərçin" çıxması isə faiz artırmağa fasilə verəcəyinə işarə ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
31 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
52 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























