Gömrüyün polkovniki: "İş yoldaşımın pulunu rüşvət kimi qəbul etməmişəm"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı N.İmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Həkimxan Səfərov ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə N.İmanov özünü təqsirli bilmədiyini söyləyib.
O deyib ki, 2006-cı ildən DGK-da müxtəlif vəzifələrdə çalışıb, qurumun maliyyə şöbəsinin rəisi vəzifəsində işləyən zaman hər hansı sənədi imzalamaq, möhür vurmaq səlahiyyəti olmayıb.
N.İmanov vurğulayıb ki, iş yoldaşı Mənsur Zeynalovdan rüşvət almayıb.
Onun sözlərinə görə, M.Zeynalovu avqust ayından tanıyır: "Bir gün Mənsur mənə zəng etdi ki, görüşək. Onunla söhbət edəndə bildirdi ki, özünə toy edir, maddi vəziyyəti yaxşı deyil və tez bir zamanda birdəfəlik müavinəti almaq istəyir. Mən də hazırda komitənin balansında pul olmadığını, pul köçürülən kimi onun birdəfəlik müavinəti olan 5 min manatının veriləcəyini dedim. O isə israr etdi ki, pulu tez almaq üçün ona kömək edim. Mən etirazımı bildirdim və əlimdə belə bir səlahiyyətin olmadığını söylədim. Bu söhbətdən bir ay sonra Mənsur mənə yenə zəng eləyib, görüşmək istədiyini dedi. Biz iş yerinin qabağında onun avtomobilində görüşdük, o, yenə də israrla bu məsələdə ona kömək etməyimi tələb etdi. Mənsur söylədi ki, alacağı müavinətin yarısı qədər yəni, 2500 manat pul hazırlayıb və bu işi həll etmək üçün "hörmət" etmək istəyir. Ona yenə əlimdə belə bir səlahiyyətin olmadığını bildirdim".
N.İmanov bildirib ki daha sonra M.Zeynalov Qəbələyə yas yerinə gedəcəyini, pulla yola çıxmaq istəmədiyini deyib, həmin məbləği o qayıdanadək üzərimdə saxlamağımı xahiş edib: "Bir iş yoldaşı kimi mən də onun xahişini yerinə yetirdim, pulu alıb, axşam ona qaytaracağımı söylədim. Sonra sağollaşdıq, avtomobildən düşüb, komitənin binasına daxil olmaq istəyəndə məni əməliyyatçılar saxladı. Rüşvət aldığımı iddia etdilər və üzərimdəki pulları götürdülər. Yenə də deyirəm ki, mən iş yoldaşımın pulunu rüşvət kimi qəbul etməmişəm, bütün ittihamlar əsassızdır".
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
Daha sonra məhkəmədə şahidlər ifadə verib.
Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, DKG-nın yaydığı məlumata əsasən, Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn N.İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.
DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi N.İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© Report
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)










