Zəfəran istehsalı ilə bağlı dövlət proqramı hazırlanacaq
Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda zəfəran istehsalının genişləndirilməsi ilə bağlı dövlət proqramı həyata keçirməyi planlaşdırır.
Bu barədə açıqlamasında qurumun bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini Fərman Kərimov məlumat verib.
“Hazırda Azərbaycanda zəfərana olan tələbat daha çox İrandan ucuz idxal hesabına ödənilir. Halbuki, yerli məhsulun keyfiyyəti nəinki İranda, hətta İspaniya və İtaliyada yetişdirilən zəfəranın keyfiyyətindən yüksəkdir. Əgər Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə monitorinqlər aparsa, daxili bazardan İranın saxta və keyfiyyətsiz zəfəran yığışdırılsa, yerli fermerlərin məhsullarına tələbat yaranar. Bununla da, nəinki daxili tələbat ödənilər, həm də ixrac hesabına ölkəyə valyuta daxil olar. Bütün bu perspektivləri nəzərə alınaraq zəfəranla bağlı dövlət proqramının hazırlanması, bu sahədə seleksiya və toxumçuluq işlərinin görülməsi nəzərdə tutulub”, - deyə o, qeyd edib.
Nazirlik rəsmisinin sözlərinə görə, hazırda ölkədə zəfəran əkini sahələri SSRİ dövrü ilə müqayisədə təxminən 30 dəfə azdır: “Əvvəllər Bakı, Gəncə və Şəkildə 430 hektar ərazidə zəfəran əkilib. Hazırda yalnız Bakının Zirə qəsəbəsində 6,5 hektar ərazidə zəfəran var. Bu rəqəmin 12 hektara çatdırılması nəzərdə tutulub. Bundan başqa, SSRİ dövründə Bakının Bilgəh qəsəbəsində 18 hektar ərazisi olan zəfəran sovxozu var idi. Ondan da 8 hektar qalıb. Əvvəllər Azərbaycanda ildə 600 kq zəfəran istehsal olunardı, hazırda bu rəqəmin nə qədər olduğu məlum deyil. Gələn ildən statistika aparılacaq”.
F.Kərimov onu da qeyd edib ki, gələcəkdə zəfəran istehsalçılarına da subsidiya verilə bilər: “Nazirlər Kabinetinin subsidiya ilə bağlı 103 saylı qərarında zəfəran istehsalının stimullaşdırılması məsələsi yer almayıb. Gələcəkdə bu məsələnin həmin qərara salınmasını təklif edəcəyik. Çünki kifayət qədər vacib sahədir. Zəfərandan 300 adda dərman preparatı hazırlanır. Bunlar əsasən ürək-damar və onkoloji xəstələri üçündür. Həmçinin zəfəran 50-yə yaxın şirniyyat növünün tərkibində istifadə edilir. Bir müddət əvvəl ölkədə zəfəran balını istehsal etməklə bağlı təklif irəli sürülmüşdü. Sözügedən addım reallaşsa, bu, Azərbaycanın brendi ola bilər”.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























