DOST Agentliyinin konsepsiyası hazırlanıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin - DOST Agentliyinin konsepsiyasının, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılmış “e-sosial” internet portalının, nazirliyin yeni loqosunun və rəsmi internet səhifəsinin (www.sosial.gov.az) təqdimat mərasimi keçirilib.
Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, ayrı-ayrı dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin, elm-təhsil təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, biznes strukturlarının nümayəndələri iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, DOST Agentliyi layihəsinin icrası işləri yol xəritəsi üzrə mərhələli şəkildə, yerli və beynəlxalq ekspertlərin iştirakı, mütərəqqi dünya praktikasının öyrənilməsi şəraitində aparılır. Görülən işlərin mühüm tərkib hissəsi kimi, artıq DOST Agentliyinin konsepsiyası hazırlanıb.
S.Babayev qeyd edib ki, vətəndaşların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) əhatə edən “e-sosial” internet portalı da yaradılıb. Bu işlərlə bərabər, nazirliyin müasir iş prinsiplərini və innovativ yeniliklərə açıq olmasını, cəmiyyətlə münasibətlərdə əsas yanaşma və hədəflərini özündə əks etdirən yeni loqotipi hazırlanıb, həmçinin rəsmi internet saytı yenidən qurulub.
Sonra DOST Agentliyinin konsepsiyasının prioritetləri, yol xəritəsi, DOST Agentliyi və mərkəzlərinin fəaliyyətinin təşkili üçün müvafiq hüquqi çərçivə, qanunvericilik layihələrinin, təşkilati strukturu, 124 xidmət üzrə pasportlar, 116 vəzifə təlimatı, xidmətlərin göstərilməsi qaydaları, “Gənc DOST” proqramının və s. hazırlanması, mərkəzlərin elektron infrastrukturunun formalaşdırılması yönündə aparılan işlər və onların nəticələri barədə məlumat verilib. DOST regional proqramından bəhs olunub, 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin yaradılacağı bildirilib. DOST-un əsas missiyasının ölkə əhalisinin “DOST” mərkəzləri şəbəkəsi və müasir texnologiyaların tətbiqi ilə əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə rahat çıxışına imkan yaradılması olduğu, DOST xidmətlərinin inteqrasiya olunmuş strukturu, “DOST” mərkəzlərinin kateqoriyaları diqqətə çatdırılıb. E-sosial, e-pensiya, e-məşğulluq və digər altsistemlər üzrə təqdim olunacaq xidmətlər, əyani müraciət edənlərlə yanaşı, səyyar formada əhaliyə göstəriləcək xidmətlər, məsləhət və məlumat xidmətlərinin təşkili üzrə görüləcək işlər və s. qeyd olunub.
“E-sosial” internet portalı, nazirliyin yeni loqosu və rəsmi internet səhifəsi də təqdim olunub. Qeyd olunub ki, “e-sosial” internet portalı sosial reyestr xarakteri daşıyır. Portal vətəndaşlara ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatlara çıxış imkanı verir. Portalda vətəndaşa proaktiv xəbərdarlıqlar, məsləhətlər bölməsi fəaliyyət göstərir. Bir sıra hallar üçün vətəndaşa əvvəlcədən mütəmadi xatırlatmalar aparılmaqla, hüquqları barədə məlumat veriləcək. Nazirlik müvafiq hallarda portal vasitəsilə vətəndaşlarla bağlı artıq onların müraciətini gözləmədən, intelektual analizlər apararaq interaktiv təşəbbüslərlə cıxış edəcək. Portala istifadəçi adı və şifrə əldə etməklə, e-imza və ASAN izma ilə daxil olmaq olar.
Nazirliyin yeni loqosu ilə bağlı qeyd olunub ki, burada istifadə olunan komponentlər nazirliyin məram və hədəfləri barədə mesajları çatdırır. Bu komponentlər sosial müdafiədə aktiv dəstəyi, demoqrafik inkişafı, etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmanı, sosial rifahı və cəmiyyətlə münasibətlərdə şəfaflığı ifadə edir. Loqo “İnsan amili ölkəmizdə aparılan siyasətin ana xəttidir” mesajını çatdırır. Yeni loqodakı mesajlar nazirliyin yeni qurulan rəsmi internet saytının da məramını ifadə edir. Yeni sayt - www.sosial.gov.az istifadəçiyə nazirlik, nazirliyin fəaliyyət sahələri, aidiyyəti xidmətlər, habelə müvafiq qanunvericilik barədə məlumat verir, bu xidmətlərə müraciət üçün prosedurları sadə şəkildə izah edir, həmçinin e-xidmətlərə birbaşa çıxışa imkan yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























