"Onlar istehsalın artırılması üçün bir-biri ilə birləşə bilərlər"
Azərbaycan hökuməti orta sinif fermerlərin inkişafına diqqət ayırmalıdır. Dünya Bankının (DB) eksperti Sandra Broka belə hesab edir.
Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı sektorunun əsas problemi bundan ibarətdir ki, fermer təsərrüfatlarının ərazisi orta hesabla 5 hektardan çox deyil.
"Bu o deməkdir ki, fermer bazara çox az həcmdə məhsul çıxara bilər. Həmçinin bəzən keyfiyyət də aşağı səviyyədə olur. Kiçik fermerlər maliyyə və qabaqcıl texnologiyalara çıxışla da bağlı problemlərlə üzləşirlər", - deyə S.Broka bu gün Bakıda jurnalistlərə bildirib.
Ekspert hesab edir ki, ölkədə ailə kommersiya fermer təsərrüfatları yaratmaqla problemi həll etmək mümkün ola bilər. "Onlar məhsulun istehsal həcminin artırılması və keyfiyyətin yaxşılaşdırılması üçün bir-biri ilə birləşə bilərlər. Bu addım, həm də fermerlərin maliyyə və ən yeni texnologiyalara çıxışını asanlaşdıracaq", - deyə o vurğulayıb.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























