Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bankın Ucar şöbəsi yeni binada - AÇILIŞI OLDU

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankın Ucar şöbəsi yeni binada - AÇILIŞI OLDU
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(©) Müştərilər üçün ən əlçatan banklardan olan Azərbaycan Beynəlxalq Bankı xidmətin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə regional ofislərinin də bankın yeni konseptinə uyğun inkişafı layihəsini davam etdirir. Layihə çərçivəsində Bankın müasir konseptinə uyğun qurulmuş daha bir xidmət ofisi - Ucar şöbəsi yeni ünvanda istifadəyə verilib.

 

Reklam_3_11

Şöbə bundan sonra fəaliyyətini Ucar rayonu, Oğuz küçəsi - 44 ünvanında davam etdirəcək. Geniş ərazidə yerləşən, ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

 

Bankın Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib ki, Azərbaycan Beynəlxalq Bankının xidmət şəbəkəsinin optimallaşdırılması, filial və şöbələrin vahid korporativ üsluba, müasir konseptə uyğunlaşdırılması bundan sonra da davam etdiriləcək: “Bu tədbirləri həm paytaxtda, həm də regional filial və şöbələrimizdə davam etdirəcəyik. Məqsədimiz fəaliyyətimizdə tətbiq etdiyimiz yeni xidmət standartları ilə müştəri məmnuniyyətinə nail olmaqdır. Ümid edirik ki, Bankın yenilənmiş Ucar şöbəsindəki şərait müştərilərimizin ürəyincə olacaq və bank bu regionun sosial-iqtisadi inkişafına öz töhfələrini verəcək”.

 

Ucar şöbəsində vətəndaşlara kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətləri təklif edilir.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

12.11.2018 11:56
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18