Neft Səudiyyə Ərəbistanının açıqlamasından sonra bahalaşır
Səudiyyə Ərəbistanının Dekabr ayında xam neft satışlarını azaldacağını açıqlaması, OPEC və tərəfdaşlarının gələn il istehsalı azaldacaqlarına dair ehtimalın güclənməsinin təsiri ilə neft qiymətləri yüksəlib.
"Marja" xəbər verir ki, neft qiymətləri Bazar ertəsi günü təxminən 2% yüksəlib və keçən həftə "ayı bazarı"na daxil olduqdan sonra itkilərinin bir qismini geri alıb.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
OPEC-in ən mühüm üzvü Səudiyyə Ərəbistanı, gələn ay xam neft ixracatını gündəlik 500,000 barel azaldacağını açıqlayıb. Səudiyyə bu açıqlama ilə güclü istehsalçı olduğunu bir daha xatırladıb. Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarından ibarət komitə, istirahət günü, "yeni strategiyalar" hazırlana biləcəyi xəbərdarlığını edib. Bu vəziyyət 2019-da hasilatın daha çox azaldılacağı gözləntilərini gücləndirib.
ABŞ-da neft istehsalının və ehtiyatlarının artması Səudiyyə Ərəbistanı və Rusiyanı narahat edir.
ABŞ-ın İrana sanksiya tətbiq etməsinə baxmayaraq bəzi ölkələrə bu ölkədən neft alışına möhlət vermişdi. Bu qərar, İranın neft ixracının tamamilə dayanmayacağına səbəb olduğundan neft qiymətləri ötən həftə düşmüşdü.
Bakı vaxtı ilə saat 10:45-ə olan məlumata görə, Brent nefti 2% bahalaşaraq 71,60 dollara qalxıb.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















