Oktyabrda ən çox qazanc gətirən məhsullar
Əmtəə bazarında, şəkər oktyabr ayında 17,7 faiz ilə investoruna ən çox qazandıran məhsul olub.
"Marja"nın qlobal əmtəə bazarında ticarət olunan 18 məhsulun qiymət hərəkətlərinə istinadən hazırladığı məlumata görə, Oktyabr ayında əmtəə qrupu alətlərindən 9-u investoruna qazandırıb, 9-u ziyana salıb. Şəkər, qəhvə, kakao, qaz, platin, qarğıdalı, qızıl, pambıq, palladium qazanc gətirib, soya, sink, buğda, mis, gümüş, alüminium, qurğuşun, nikel, Brent nefti isə zərər yaradıb.
Əmtəə bazarında, şəkər oktyabr ayında 17,7 faiz ilə investoruna ən çox qazandıran məhsul olub. Şəkərin ardınca 10 faiz ilə qəhvə, 8,6 faiz ilə kakao, 8,4 faiz ilə qaz, 2,5 faiz ilə platin, 1,9 faiz ilə qarğıdalı, 1,8 faiz ilə qızıl, 0,6 faiz ilə pambıq, 0,5% ilə palladium gəlir.
Oktyabr ayında investorunu ən çox ziyana salan məhsul isə 9,9 faiz ilə Brent neft ollub. Brent neftinin ardınca 7,3 faiz ilə nikel, 6,6 faiz ilə qurğuşun, 3,8 faiz ilə alüminium, 2,7 faiz ilə gümüş, 1,7 faiz ilə mis, 1,6 faiz ilə buğda, 1,5 faiz ilə sink və 0,7 faiz ilə soya gəlir.
İlin 10 aylıq dövründə isə kakao, buğda, Brent nefti, qaz, qarğıdalı və palladium investoruna qazandırıb, pambıq, qızıl, nikel, platin, soya lobyası, qəhvə, alüminium, mis, gümüş, şəkər, sink, qurğuşun isə ziyana salıb.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Cari ilin 10 ayı ərzində kakao 18 faiz ilə əmtəə bazarında investoruna ən çox qazandıran məhsul olub. Kakaodan sonra buğda 17,2 faiz, Brent neft 12 faiz, təbii qaz 10,4 faiz, qarğıdalı 3,5 faiz, palladium 1,6 faiz qazanc təmin edib. Bu dövrdə ən çox zərər təmin edən məhsul 23,7 faiz ilə qurğuşun olub. Sink 21,8 faiz, gümüş 15,9 faiz, mis 15,1 faiz, alüminium 13,3 faiz, şəkər12,9 faiz, soya 11,8%,qəhvə 10,6 faiz, platin 9.9 faiz, nikel 6,9 faiz, qızıl 6,7 faiz, pambıq 2,2% ucuzlaşıb və investorunu ziyana salıb.
Oktyabrda şəkərin bahalaşmasının səbəbləri dolların ucuzlaşması, Hindistanda şəkər qamışı səhələrini böcəklərin məhv etməsi və Avropada istehsalın azalmasıdır.
Dünya Birjalarında ticarət olunan müxtəlif əmtəələrin qiymətləri
| Məhsulun adı | 29 Dekabr 2017 (dollar) | 31 Oktyabr 2018 (dollar) | Oktyabr ayıda fərq (%-lə) | İlin 10 aylıq dövründə fərq (%-lə) |
1. | Şəkər | 15,16 | 13,19 | 17,7 | -12,9 |
2. | Qəhvə | 126,20 | 112,70 | 10 | -10,6 |
3. | Kakao | 1.892,00 | 2.234,00 | 8,6 | 18 |
4- | Qaz | 2,953 | 3,261 | 8,4 | 10,4 |
5. | Platin | 929,04 | 837,05 | 2,5 | -9,9 |
6. | Qarğıdalı | 350,75 | 363,25 | 1,9 | 3,5 |
7. | Qızıl | 1.303,09 | 1.214,68 | 1,8 | -6,7 |
8. | Pambıq | 78,63 | 76,86 | 0,6 | -2,2 |
9. | Palladium | 1.062,92 | 1.080,50 | 0,5 | 1,6 |
10. | Soya | 951,75 | 839 | -0,7 | -11,8 |
11. | Sink | 1,5035 | 1,18 | -1,5 | -21,8 |
12. | Buğda | 427 | 500,50 | -1,6 | 17,2 |
13. | Mis | 3,26 | 2,77 | -1,7 | -15,1 |
14. | Gümüş | 16,95 | 14,248 | -2,7 | -15,9 |
15. | Alüminium | 1,02 | 0,89 | -3,8 | -13,3 |
16. | Qurğuşun | 1,1237 | 0,8573 | -6,6 | -23,7 |
17. | Nikel | 5,68 | 5,28 | -7,3 | -6,9 |
18. | Brent nefti | 66,60 | 74,60 | -9,9 | 12 |
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















