Hacıyeva qızıllarını gizli satmaq istəyib
Aərbaycan Beynəlxalq Bankının keçmiş sədri, 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı həftəsonu yeni sensasion xəbərlər yayılıb.
“The Financial Times”, “The Guardian” və digər çoxsaylı Britaniya mediasının xəbərinə görə, Zamirə Hacıyevanın üzərinə həbs qoyulmuş 400 min funt-sterlinq (təxminən 519 min 278 dollar) məbləğində qızıl-zinət əşyalarını xəlvəti satmaq cəhdi ifşa olunub.
Məlum olub ki, həmin zinət əşyalarını Londondakı “Christie’s” hərrac evində satılmaq üçün verilibmiş. Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Z.Hacıyevanın on milyonlarla dollarlıq aktivlərinə həbs qoyub.
Məlum olub ki, yeddi il əvvəl Britaniyanın Virgin Adalarında yerləşən bir şirkət vasitəsilə Londonun qərbində bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. O, son 10 il ərzində “Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. Rəsmi məlumatlar cütlüyün “Harrods”un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550" jet təyyarəsini aldığını da ortaya çıxarıb.
Belə bir vəziyyətdə isə Z.Hacıyeva Britaniya polisini aldatmağa cəhd edib. Z.Hacıyevanın müsadirə olunmuş əşyaları arasında 20 min funt-sterlinq dəyərində mirvari və 100 min funtluq “Boucheron” sapfir boyunbağılar, 20 min funtluq “Magic Alhambra” bilərziyi var.
Milli Kriminalla Mübarizə Agentliyi yaydığı məlumata görə, Zamirə Hacıyevanın qızı Leyla Mahmudova bu əşyaları satmaq üçün “Christie’s”ə veribmiş. “Christie’s” əməliyyat haqqında NSA-ya informasiya verən kimi müsadirə barədə qərar qəbul olunub. O da məlum olub ki, Zamirə Hacıyevanın bu zinət əşyalarını 2008-ci ildə İsveçrənin San-Morits kurortundakı butiklərdən 320 min avroya alıb.
Bu xəbərlərin ardınca isə məlum olub ki, Zamirə Hacıyeva Böyük Britaniyanın Maliyyə Cinayətkarlığı İstintaq Mərkəzində dindirilib. Bu barədə Almaniyada nəşr olunan “Deutsche Welle” jurnalı məlumat yayıb.
Milli Kriminalla Mübarizə Agentliyinə istinad edən alman jurnalının məlumatına görə, Zamirə Hacıyeva məhz zinət əşyalarını qeyri-qanuni satmaq cəhdinə görə saxlanılıb.
Məlumdur ki, zinət əşyalarının satılmasında adı keçən Leyla Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun həyat yoldaşıdır. Onların toyu 2012-ci ilin noyabr ayının 4-də Bakıdakı “Buta” sarayında baş tutub. İlk dəfədir ki, L.Mahmudovanın adı mediada hallanır. Bu əmələ görə ona hansısa cəza verilib-verilməyəcəyi məlum deyil. Zamirə Hacıyevanın kürəkəni Anar Mahmudovun Azərbaycanda, Türkiyədə, İspaniyada və Lüksemburqda şirkətləri olduğu deyilir. Bakıda təsis edilən “Caspian Crystal” Holdinqə dəbdəbəli restoranlar, bahalı içki mağazaları və brend avtomobillər şəbəkəsi daxildir. Anar Mahmudovun bir neçə tikinti şirkəti də var.
Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi qiyməti on milyonlarla dollarlıq olan əşyaların fotolarını yayıb. Fotolar qurumun sosial şəbəkələrdəki rəsmi səhifələrində paylaşılıb.
© Musavat
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
15 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
15 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
15 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 16 saat əvvəl
-
17 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)












