"Görünür, Mərkəzi Bank sabitliyə tam əmin deyil"

Bir neçə gün əvvəl Mərkəzi Bank uçot dərəcəsinin 10%-dən 9,75%-ə endirilməsi ilə bağlı qərar qəbul etdi.
Məsələni şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarının psixoloji mesaj kimi qiymətləndirilməli olduğunu deyib. Ekspert bildirib ki, Mərkəzi Bankın uçot dərəcəsində ciddi azalmalara getməməsinin əsas səbəbləri qonşu ölkələrdə, xüsusən də Rusiya və Türkiyədə son dövrlərdə uçot dərəcəsinin artırılması ilə bağlı qərarların qəbul edilməsidir. "Regionda xüsusən də, Rusiya və Türkiyədə dolların milli valyutalara təzyiqi müşahidə olunur. Baxmayaraq ki, hazırda sözügedən ölkələrdə milli valyutaların məzənnəsi müəyyən qədər stabildir, lakin dolların təzyiqi hələ də qalmaqdadır".
Vüqar Bayramov: "Mərkəzi Bankın uçot dərəcəsini azaltması həm də depozit faizlərinin aşağı düşməsi və inflyasiya səviyyəsinin aşağı həddə olması ilə bağlıdır. Mərkəzi Bank uçot dərəcəsini sözügedən iki göstəriciyə uyğunlaşdırır. Baxmayaraq ki, Mərkəzi Bank uçot dərəcəsi vasitəsilə kredit faizlərinə təsir etrməyə çalışır, lakin qeyd etmək lazımdır ki, bankların cəlb etdiyi vəsaitlərin həcmində mərkəzləşmiş kredit resurslarının payı azdır. Hətta son dövrlər banklar mərkəzləşmiş kredit resursları cəlb etmirlər. Bu baxımdan uçot dərəcəsindəki azalma kredit faizlərinə təsir göstərməyəcək. Bu gün depozit və kredit faizləri arasında kəskin fərq var. Kredit faizlərinin aşağı salınması, eləcə də depozit və kredit faizləri arasında əlaqənin formalaşması üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sistemli addımların atılmasına ehtiyac var. Uçot dərəcəsi ilə bağlı verilmiş qərar isə hələlik psixoloji mesaj xarakteri daşıyır".
İqtisadçı-ekspert Samir Əliyev isə açıqlamasında Mərkəzi Bankın uçot dərəcəsini aşağı endirməsi qərarının gözlənilən olduğunu deyib. "Çünki ölkədə inflyasiya səviyyəsi Mərkəzi Bankın özünün qeyd etdiyi kimi son 9 ayın nəticələrinə görə aşağı həddə - 2,6% səviyyəsində idi. Halbuki inflyasiya səviyyəsi ötən il Azərbaycanda ikirəqəmli idi".
Ekspert bildirib ki, uçot dərəcəsi bir qayda olaraq inflyasiya səviyyəsinə uyğun olaraq tənzimləyirlər. İnflyasiya səviyyəsi yüksək olarsa onu aşağı endirmək üçün müxtəlif alətlərdən istifadə edirlər ki, onlardan biri də uçot dərəcəsinin qaldırılması olur. İnflyasiya səviyyəsi aşağı düşdükdə isə tam əksinə uçot dərəcəsi artırılmağa başlayır. "Azərbaycanda da 2015-ci ildən sonra makroiqtisadi vəziyyətlə bağlı olaraq uçot dərəcələri artırılmağa başladı. 2015-ci ildə 3% olan uçot dərəcəsi həmin dövrdən etibarən artırılaraq 15%-ə qədər qalxmışdı. Makroiqtisadi sabitlik yarandıqdan sonra isə uçot dərəcəsi aşağı salınmağa başladı".
S. Əliyev bildirib ki, uçot dərəcələrinin aşağı salınması nəzəri cəhətdən kreditlərin ucuzlaşmasına gətirib çıxarmalıdır. Lakin Azərbaycanda bu baş vermir. Uçot dərəcəsi qaldırılanda və ya aşağı endiriləndə kredit faizlərində hər hansı dəyişiklik olmur. "Bu da real sektorla bağlı olan məsələdir. Nəzərə alsaq ki, inflyasiya 2,6%-dir, uçot dərəcəsi ondan az qala 4 dəfə yüksəkdir. Yəni, məntiqlə Mərkəzi Bank uçot dərəcəsini daha çox aşağı endirməli idi. Belə ki, uçot dərəcəsi 10%-dən ən azı 8-9%-ə qədər endirilə bilərdi. Həm də, Mərkəzi Bankın təcrübəsində uçot dərəcəsinin 0,25% azaldılması təcrübəsi demək olar ki, yoxdur. Uçot dərəcəsi bir qayda olaraq 0,5-1-2% faiz aşağı salınıb. Görünür, Mərkəzi Bank makroiqtisadi sabitliyə tam əmin deyil və əmin olmadığına görə də uçot dərəcəsini 0,25% aşağı endirib".
Samir Əliyev: "Uçot dərəcəsinin aşağı salınması bankların gəlirlərinin azalmasına gətirib çıxaracaq. Bilirik ki, Mərkəzi Bank depozit hərracı keçirir və qısamüddətli notları yerləşdirir. Bunların da alıcısı baklardır. Uçot dərəcəsinin 10% olması Mərkəzi Banka imkan vermirdi ki, depozitlərin faiz dərəcəsini 8%-dən aşağı endirsin. Çünki həmin depozitlər üçün faiz dərəcsi uçot dərəcəsindən 2% fərqli müəyyən oluna bilər. Buna görə də depozit hərraclarında tələb təklifi 3-4 dəfə üstələməyinə baxmayaraq faizlər 8%-dən aşağı düşmürdü. İndi uçot dərəcəsinin aşağı salınması Mərkəzi Banka imkan verəcək ki, depozitlərdə yenə tələb çox olarsa faiz dərəcəsini 7,75%-ə qədər endirsin. Növbəti olaraq dekabr ayında əgər makroiqtisadi sabitlik davam edərsə, Mərkəzi Bank yenidən uçot dərəcəsini aşağı endirə bilər".
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Finans
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
