Gürcüstan milli valyutası son iki ilin ən aşağı səviyyəsinə düşüb
Gürcüstan milli valyutası GEL (lari) son iki ildə ucuzlaşaraq ən aşağı həddə düşüb. Noyabrın 1-də Gürcüstan Milli Bankının məzənnəsinə əsasən 1 ABŞ dolları 2,7203 GEL-ə dəyişdirilir. Bu, son iki ildə ən aşağı göstəricidir.
Bundan bir qədər əvvəl 1 dollar 2,50 və ya 2,55 GEL-ə dəyişdiriləndə hökumət təcili tədbirlərin görüləcəyini və milli valyutanın ucuzlaşmasının qarşısının alınacağını bildirmişdi. Lakin bu gün lari dollar, avro və Azərbaycan manatı qarşısında xeyli ucuzlaşıb.
Noyabrın 1-də məzənnə 1 avro - 3.0848 GEL, 1 AZN isə 1.6044 müəyyən olunub.
Ekspertlərin fikrincə larinin ucuzlaşması davam edəcək və 1 dollar 3 GEL-ə bərabər olacaq. Bu da ölkədə istehlak qiymətlərinin kəskin artmasına səbəb olacaq.
Məlumat üçün qeyd edək ki, son 3 ayda ölkədə avtomobil yanacağının qiyməti müvafiq olaraq 15-35 tetri arasında bahalaşıb.
Çörəyin qiyməti isə 10-20 tetri bahalaşıb.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 40 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"























