“Səba”nın təsis etdiyi şirkətin nizamnamə kapitalı cüzi azaldılacaq
Xəbər verdiyimiz kimi, 23 noyabr 2018-ci il tarixində “Səba” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Şirkətin 19 oktyabr 2018-ci tarixli elanında bildirilmişdi ki, gündəlikdəki məsələlər; səhmdar cəmiyyətin kredit öhdəlikləri barədə, bank zəmanətinin və ya akkreditivinin alınması barədə və digər məsələlərdir.
Bu gün “Səba” ASC-nin dərc etdiyi elanda bildirilir ki, iclasın gündəliyinə aşağıdakı bir bənd əlavə olunur:
1. “Səba” ASC-nin təsis etdiyi hüquqi şəxsin nizamnamə kapitalının azaldılması barədə.
“Səba”dan "Marja"ya bildirildi ki, ASC-nin təsis etdiyi şirkətin nizamnamə kapitalında yerləşdirdiyi aktiv əmlakın geri cağırılması nəzərdə tutulur: "Törəmə şirkətin kapitalında olan əmlak istehsal fəaliyyəti üçün "Səba" ASC-yə lazımdır. Bu əmlakı kənardan icarəyə cəlb etmək yerinə, öz şirkətimizdən geri alacağıq. Bu səbəbdən kapitalın cüzi azaldılması planlaşdırılır. Qanunvericiliyə görə, bu əməliyyatın aparılması üçün səhmdarların qərar tələb olunur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 8 d. əvvəl
- 12 d. əvvəl
-
- 15 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb



























