AMTA və "Agrovita" sahibkarların növbəti görüşünü təşkil edib
(®) Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AMTA) və "Agrovita" şirkətinin birgə təşkilatçılığı ilə sahibkarların növbəti görüşü təşkil edilib.
Görüş zamanı AMTA-sədri Bəşir Quliyev Assosiasiyasının fəaliyyəti haqqında yenilikləri iştirakçıların diqqətinə çatdırıb və ixrac mövsümü ilə bağlı aktual olan məsələlər haqqında geniş müzakirələr aparılıb.
Tədbirdə AMTA-ya üzv olmaq istəyən sahibkarların sualları cavablandırılaraq üzvlük prosesi ətraflı şəkildə izah olunub.
Daha sonra çıxış edən Rusiyanın Buyskiy Kimya Zavodunun ekspertləri sahibkarlara aqrar sahədə tətbiq olunan son yeniliklər haqqında ətraflı məlumat verərək istehsal etdikləri gübrə və bitki bəsləmə məhsullarının tərkibi və istifadə təlimatlarını tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Zavodun məhsulları haqqında olan video çarx nümayiş etdirildikdən sonra sahibkarların sualları cavanlandırılıb.
Buyskiy Kimya Zavodunun aqrar sahədə tətbiq olunan gübrə və bitki bəsləmə məhsulları ilə bağlı ərtaflı məlumat əldə etmək istəyən sahibkarlar zavodun ölkəmizdəki rəsmi nümayəndəliyi "Agrovita" şirkətindən əldə edə bilərlər.
“Agrovita” MMC şirkəti ölkəmizdə kənd təsərrüfatının inkişaf strategiyasına dəstək olmaq məqsədilə 2015-ci ildə fəaliyyətə başlayıb. Şirkət “Monsanto” (Seminis) toxumlarının, “Koppert” bioloji mübarizə vasitələrinin, gübrə, pestisit və istixana ləvazimatlarının satışı ilə məşğuldur. Bununla yanaşı, istixanalar və açıq ərizələr üçün tərəvəz şitillərinin yetişdirilməsini təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 d. əvvəl
- 10 d. əvvəl
-
- 13 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb



























