Bakıda otel nömrələrinin 70%-i boş qalıb
2018-ci ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2 milyon 446,8 min gecələmə keçirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,4 faiz çoxdur.
"Marja" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, gecələmələrin 57,8 faizi Bakıda, 10,6 faizi Qəbələdə, 6,6 faizi Xaçmazda, hər birində 3,9 faiz olmaqla Naftalan və Qubada, 3,8 faizi Qusarda, 2,7 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Qaxda, hər birində 0,8 faiz olmaqla Gəncə və Lənkəranda, 8,0 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınmışdır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,3 faiz artaraq 1 milyon 651,7 min olmuşdur ki, bu da ümumi gecələmələrin 67,5 faizini təşkil edir.
Gecələmələrin 13,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,4 faizi Rusiya Federasiyası, 9,9 faizi Səudiyyə Ərəbistanı, 5,2 faizi İran, 4,0 faizi Türkiyə, 3,8 faizi İsrail, 3,6 faizi Hindistan, 3,3 faizi Küveyt, hər biri üzrə 2,7 faiz olmaqla Böyük Britaniya və İraq, 2,6 faizi ABŞ, 2,5 faizi Qətər, 2,2 faizi Pakistan, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Oman, 1,2 faizi Almaniya, 1,1 faizi Bəhreyn,1,0 faizi Ukrayna, 26,6 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələr ötən ilin eyni dövrü ilə müqayisədə 12,0 faiz artaraq 795,1 min gecələmə olmuşdur.
Cari ilin doqquz ayında mehmanxanaların gəlirləri 286,1 milyon manat olmuşdur ki, onun da 68,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,4 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,5 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 21,9 faiz olmuşdur. Bu göstərici Naftalanda 62,0 faiz, Ağstafada 36,7 faiz, Qəbələdə 35,3 faiz, Bakıda 30,5 faiz, Zərdabda 24,7 faiz, Qubada 24,3 faiz, Şəmkirdə 23,1 faiz, Şirvanda 22,4 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olmuşdur.
Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi avqust ayında ən yüksək – 35,1 faiz olmuşdur. Bu göstərici iyul ayında 32,3 faiz, sentyabr ayında isə 23,2 faiz təşkil etmişdir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
3 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 6 saat əvvəl
-
6 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək



























