"Unibank" mənfəət və artımlar açıqladı

“Unibank” KB ASC 2018-ci ilin üçüncü rübünü də müsbət göstəricilərlə başa vurub. Bankdan “Marja”ya daxil olmuş məlumata görə, ilin əvvəlindən bu yana 34 milyon manat mənfəət əldə edilib.
Məlumatda qeyd edilir ki, üçüncü rüb ərzində ayrı- ayrı göstəricilər üzrə nəzərəçarpacaq artımlar qeydə alınıb. Hesabat dövründə bankın cəmi balans kapitalı 14,7 milyon manat (17%) artıb.
İlin əvvəlindən başlayan müsbət inkişaf meylləri, iyul-avqust-sentyabr ayları ərzində də davam edib. Hesabat dövrünə Unibankda əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq sahəsində də nəzərəçarpacaq artım qeydə alınıb.
Üçüncü rüb ərzində aktiv kreditləşmə müşahidə olunub. Rüb ərzində müştərilərə verilmiş kreditlər 28 milyon manat (7%) artaraq, xalis kredit portfeli 400 milyon manata çatıb. Ölkəmizdə sahibkarlığın inkişafına hər zaman dəstək olan Unibank, ötən dövrdə biznes layihələrinin maliyyələşdirilməsində aktivliyini daha da artırıb. Üçüncü rüb ərzində Unibank ölkə bankçılığı tarixində bir ilkə imza ataraq, korporativ kreditlərin onlayn verilməsi xidmətini müştərilərin istifadəsinə verib.
Unibank ölkə əhalisinin ən çox güvəndiyi banklar siyahısında qalmaqda davam edir. Bunu cari hesabların və əmanətlərin artımı da göstərir. Üçüncü rüb ərzində cari və müddətli müştəri hesabları 40 milyondan (10%-dən artıq) çox artıb. Ayrıca olaraq müddətli depozitlərin həcmində 11% artıb olub ki, bununla da rübün sonuna bankın depozit portfeli 285 milyon manatı ötüb.
Ölkədə nağdsız ödənişlərin dövriyyəsnin artmasına yüksək töhfə verən bank, üçüncü rüb ərzində də debet kartlarının satışında ciddi artım əldə edib. İlin əvvəlindən bu yana debet kartların satışında 18%-dək artım qeydə alınıb.
Ölkənin ən innovativ bankına çevrilməyi qarşısına məqsəd qoyan Unibank, ötən müddətdə rəqəmsal bankçılıq sahəsində də yüksək göstəricilər əldə edib. Ölkədə ən çox müştərisi olan mobil bank əlavəsi Unibank Mobile istifadəçilərinin sayı artıq 200 000-i keçib.
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
20 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
22 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
