PAŞA Bank “SIBOS 2018” beynəlxalq konfrans və sərgi tədbirində iştirak edir
Azərbaycanın aparıcı kommersiya bankı olan PAŞA Bank bu il Avstraliyanın Sidney şəhərində maliyyə sektoru üçün təşkil edilmiş sayca 40-cı SIBOS konfrans və sərgi tədbirində iştirak edir.
Banklar üçün ən böyük illik yığıncaq sayılan bu tədbirə dünyanın aparıcı maliyyə təsisatlarını, məsləhət və konsultasiya şirkətlərini, maliyyə sektoru üçün proqram təminatı və tətbiqi proqram tərtibatçılarını təmsil edən minlərlə nümayəndəni bir araya gətirir. Əvvəlki illərdə olduğu kimi PAŞA Bank konfransın işi ilə yanaşı bank texnologiyaların ixtisaslaşmış sərgisində eksponent qismində iştirak edir.
SIBOS konfransı çərçivəsində maliyyə sektoru üçün hazırki gündəmin ən vacib məsələləri müzakirə edilir. Bazar iştirakçılarının rəqəmsal mühitdə fəaliyyətə davam etməsinə hazırlığı ilə bağlı məsələlərin müzakirə ediləcəyi builki konfrans “Rəqəmsal iqtisadiyyata təkan” mövzusunda keçirilir.
İxtisaslaşmış sessiyalarda ekspertlərə müasir şəraitdə və gələcək inkişaf imkanları, maliyyə sektorunda texnoloji təmayüllər, kibertəhlükəsizlik standartları və müvafiq risklərin minimuma endirilməsi, blokçeyn texnologiyalarının vüsətalma perspektivi, həmçinin maliyyə sektorunun inkişafına müxtəlif bucaqlardan təsir edən digər məsələlər nöqteyi-nəzərindən bankların yeni rolu müstəvisində fikir mübadiləsi aparmaq imkanı veriləcək.
PAŞA Bankın Baş İcraçı Direktoru və İdarə Heyətinin sədri Taleh Kazımovun dediklərinə görə, SIBOS, işgüzar əlaqələrin yaradılması və mövcud əməkdaşlıq üfüqlərinin genişləndirilməsi ilə yanaşı aparıcı maliyyə təsisatları tərəfindən bütövlükdə ümumdünya maliyyə sektorunun inkişafına dair başlıca təmayüllərin əsası qoyulan mühüm bir məkandır.
“2018-2020-ci illəri əhatə edən strateji dövr PAŞA Bank üçün ilk olaraq işgüzar modelin transformasiyası, həmçinin rəqəmsal vasitə və alətlərin və adaptiv yanaşmaların fəal tətbiqinə keçid mərhələsidir. Bu səbəbdən, belə bir mötəbər və irimiqyaslı tədbirdə iştirakımız Azərbaycanın aparıcı korporativ bankı olaraq bizə fəaliyyət göstərdiyimiz sahədə mövcud olan üstün dünya təcrübəsi ilə tanış olmaq imkanını yaradır. Qabaqcıl beynəlxalq maliyyə təsisatlarının təcrübəsini əldə etməklə Azərbaycanın bank sektorunda rəqəmsal həllərin tətbiqi baxımından hakim mövqeyimizin daha da möhkəmlənməsinə əminəm” – deyə T. Kazımov bildirmişdir.
PAŞA Bank son doqquz il ərzində ardıcıl olaraq SIBOS konfrans və sərgi tədbirində fəal iştirak edir. Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) təşkilatçısı olduğu bu tədbir gələn il Londonda keçiriləcək.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















