SOCAR AQŞ "İlin Təlim Şirkəti" mükafatına layiq görülüb
(®) Davamlı İnkişaf və Təlim Beynəlxalq Assosiasiyası (IACET PNG) tələbələr üçün təşkil olunan Yay İstehsalat Təcrübəsi Proqramı üzrə SOCAR AQŞ-ni ‘’İlin Təlim şirkəti’’ kimi qiymətləndirib.
Məlumat üçün bildirək ki, müvafiq mükafat neft-qaz sənayesində təlim proqramlarının effektiv təşkili üzrə aparılan təhlillərə əsasən şirkətlərə təqdim edilir.
Tələbələr üçün təşkil olunan Yay İstehsalat Təcrübəsi müəssisənin sosial korporativ məsuliyyət proqramının bir hissəsi kimi yerli və xarici universitetlərdə bakalavr və magistr dərəcəsi üzrə təhsil alan tələbələrə şamil edilir.
Yay İstehsalat Təcrübəsi proqramı çərçivəsində SOCAR AQŞ ilə ABŞ, Avropa və Asiyanın tanınmış universitetləri arasında ikitərəfli əməkdaşlıq geniş vüsət almaqdadır. Müəssisə istedadlı gənclərin cəlb olunması istiqamətində dünya səviyyəli İstehsalat Təcrübəsi Proqramı təşkil edir.
Hər il yüzlərlə gənc tələbə İstehsalat Təcrübə Proqramında iştirak etmək üçün müvafiq qaydada sənədlərini müəssisəyə təqdim edirlər. Seçim prosesində tələbələrin texniki bilikləri, psixoloji təfəkkürü, dil bilikləri, analitik-kiritik düşünmə qabiliyyətləri və komandada işləmək bacarıqları yoxlanılır. Seçim mərhələlərindən uğurla keçən tələbələr 2 ay müddətində təhkim olunduqları biznes bölmələrində təcrübə keçməklə yanaşı müxtəlif təlim və seminarlarda iştirak edirlər.
Əməliyyatların optimallaşdırılması, layihələrin idarəolunması, risklərin idarəolunması, biznesin inkişafı, iqtisadi planlaşdırma və xərclərə nəzarət kimi təlimlərdə iştirak etmək fürsəti əldə edən tələbələr bilik və bacarıqlarını daha da təkmilləşdirmiş olurlar.
İstehsalat təcrübəsinin sonunda tələbələrin əldə etdikləri təcrübi biliklər qiymətləndirilir və hamilər tərəfindən xüsusi hesabatlar tərtib edilir. Proqramı uğurla başa vuran tələbələr həmçinin müəssisədə öz ixtisas sahələri, bilik və bacarıqları üzrə iş təklifi almaq imkanını da yüksək dəyərləndirilər.
Bu və digər layihələr üzrə aparılan işlər gələcəkdə də SOCAR AQŞ-nın korporativ idarəetmə göstəricilərinin daha da yüksəldilməsinə xidmət edəcək.
Qeyd edək ki, SOCAR AQŞ 2018-ci ilin iyun ayında etibarən IACET PNG-nin üzvüdür.
IACET PNG-nin missiyası akkreditasiya vasitəsi ilə keyfiyyətli təlim və inkişaf üçün standartları təmin etməklə qlobal səviyyədə işçi qüvvələrini inkişaf etdirməkdən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 d. əvvəl
-
-
32 d. əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
2 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
23 saat əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
- 1 gün əvvəl
-
2 gün əvvəl
Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 min dollar səviyyəsini keçdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Rəsmi məzənnələr açıqlandı
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
























