Azərbaycanda manpası istehsalına başlanılır - MÜSAHİBƏ
“ABAD” kiçik və orta sahibkarlığın, eləcə də ailə biznesinin inkişafına xidmət edən, maraqlı ideyalara həyat verən innovativ təşəbbüsdür. Belə layihələrdən biri də bu günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubada açılışında iştirak etdiyi “ABAD Factory” İstehsalat Kompleksidir.
“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bununla bağl ımüsahibə verib.
- Rüfət müəllim, “ABAD Factory” İstehsalat Kompleksi kimi xidmət strukturunun yaradılması, xüsusilə yerli ailə təsərrüfatlarının bu işə cəlb edilməsi baxımından bir yenilikdir. Yəqin ki, belə bir kompleksin məhz Qubada fəaliyyətə başlaması, ilk növbədə, rayonun kənd təsərrüfatı üzrə ixtisaslaşması və turizm bölgəsi olması ilə bağlıdır...
- Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrinin mühüm istiqamətlərindən biri məhz kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, eyni zamanda, regionlarda özünüməşğulluq səviyyəsinin artırılmasıdır. “ABAD Factory” İstehsalat Kompleksinin təsis edilməsi də bu fəaliyyətə yönəlmiş növbəti addımıdır.
Qubanın və ətraf bölgələrin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Yerli əhali əsasən tərəvəzçilik və meyvəçiliklə məşğul olur. Həmçinin Quba Azərbaycanın son zamanlar turizm iqtisadiyyatının ən çox inkişaf etdiyi rayonlardandır.
“ABAD” ailə biznesini yeni layihələrlə dəstəkləyir. Həmçinin kiçik və orta sahibkarlığa verdiyi dəstək proqramını uğurla davam etdirir. Sahibkarların xammalının istehsalata keçirilməsi, milli məhsulların istehsalı və biznesin formalaşdırılması istiqamətində mühüm işlər görülür. Bunun daha bir sübutu Quba rayonunda yerləşən “ABAD Factory” İstehsalat Kompleksinin açılışı oldu.
- Kompleksdə hansı məhsullar istehsal olunacaq, nə kimi xidmətlər göstəriləcək?
- Ümumi sahəsi 1500 kvadratmetrə yaxın olan ikimərtəbəli müasir istehsalat kompleksində “ABAD”çılar tərəfindən 5 istehsal sahəsi - qurudulmuş meyvələr, manpası və digər qənnadı məhsulları, kompot, süd və ət məhsulları üzrə fəaliyyət göstəriləcək.
- Burada nə qədər iş yerinin yaradılması gözlənilir?
- Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə “Quba ABAD Factory”nin ərazisində müvafiq infrastruktur yaradılıb. Kompleksdə 10 “ABAD”çı ailənin (30 nəfərə yaxın) fəaliyyət göstərməsi nəzərdə tutulub. Məhsul dövriyyəsi artdıqca bu sayın 50 nəfərə çatması gözlənilir.
- “Quba ABAD Factory” İstehsalat Kompleksində “ABAD Gastro Village” də yaradılıb. Bu layihə özündə nəyi əhatə edir?
- “Pasha Holding”in dəstəyi ilə “ABAD Gastro Village” və onun nəzdində “Food truck”lər (təkərli qoşqular) parkı salınıb. “ABAD Gastro Village”in səyyar şəkildə fəaliyyət göstərməsi şimal regionunda yaradılmış turizm infrastrukturuna daha da cəlbedicilik gətirəcək. Yuxarıda sadaladığım 5 istiqamətdə satış aparacaq “truck”lər fəaliyyətə başlamağa hazırdır. Bu “truck”lərdə dönər, burger, pizza, şirniyyat satılacaq, həmçinin “ABAD” etno-butiki fəaliyyət göstərəcək.
“ABAD Gastro Village” kompleksində 20 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
- Belə istehsalat komplekslərinin digər bölgələrdə də yaradılması planlaşdırılırmı?
- Ümumiyyətlə, “ABAD”ın hər bir iqtisadi rayonda fəaliyyət göstərməsi gözlənilir. Lakin biz hər bir regiona individual yanaşırıq. Region hərtərəfli təhlil olunur və daha sonra məhz həmin bölgəyə uyğun layihə ərsəyə gəlir. Bu layihələri tərəfdaş və donorlarımız vasitəsilə həyata keçiririk.
- “ABAD” publik hüquqi şəxs yaxın gələcəkdə daha hansı yeniliklər təqdim edəcək?
- İlin sonunadək daha iki “ABAD” regional mərkəzinin açılışı nəzərdə tutulub: İmişli və Şəkidə. Bundan başqa “ABAD Food Hall” və daha bir “ABAD Məktəb” açılacaq. Şəkidə və Bakının Nardaran qəsəbəsində isə “ABAD” Keramika və Tətbiqi Sənət mərkəzlərinin də fəaliyyət göstərməsi planlaşdırılır.
- Müsahibəyə görə çox sağ olun.
Müştərilərin xəbərləri
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
9 saat əvvəl
Bank of America: Qızılın qiyməti 2026-cı ildə 5 min dollara çata bilər
-
10 saat əvvəl
Nəhəng bank qızılın qiymətinin 5150 dollara yüksələcəyini proqnozlaşdırır
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan Banklar Assosiasiyası və Koreya Banklar Federasiyası Memorandum imzaladı
-
11 saat əvvəl
Azərbaycana turist axını ərəb və MDB ölkələrindən gələnlərin sayı ilə əlaqədar olaraq azalıb
-
11 saat əvvəl
Sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum tutulacaq
- 11 saat əvvəl
-
11 saat əvvəl
AccessBank və Neurotime süni intellekt sahəsində tədris təşəbbüsünə start verdilər
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Azərbaycan Banklar Assosiasiyası və Koreya Banklar Federasiyası Memorandum imzaladı
“Azərsun Holdinq” “PeterFood” sərgisində iştirak edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
Bolt sürücüsüz dövrə başlayır
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
Bankda "Qara cümə" kampaniyası













.jpg)









