Ən rəqabətə davamlı ölkələr açıqlandı
Dünya İqtisadi Forumunun (WEF) Qlobal Rəqabətlilik Hesabatına görə, dünyanın iqtisadi və texnoloji olaraq ən rəqabətə davamlı iqtisadiyyatı ABŞ olaraq müəyyənləşdirilib.
"Marja" xəbər verir ki, hesabata görə, bu il qlobal rəqabət indeksinin ilk 4 sırasında yer alan ölkələr dəyişməyib. Dünyanın iqtisadi və texnoloji olaraq ən rəqabətə davamlı iqtisadiyyatı 85,6 bəndlə ABŞ olub. Qlobal rəqabətlilik reytinqində Sinqapur 83,5 bənd ilə ikinci, Almaniya 82,8 bənd ilə üçüncü və İsveçrə 82,6 bənd ilə dördüncüdür.
Yaponiya qlobal rəqabətlilik reytinqində bu il 3 pillə yüksələrək 82,5 bəndlə 5-inci yerə yüksəlib, Hollandiya isə 82,4 bəndlə 6-cı yerə geriləyib.
Honq Konq 82,3 bəndlə bu il 7-nci sıradakı yerini qoruyub. İngiltərə isə iki pillə geriləyərək 82 bəndlə 8-inci yeri tutub.
Qlobal rəqabətlilik reytinqində bu il İsveç 81,7 bəndlə 9-uncu sıradakı yerini qoruyub, Danimarka bir pillə yüksələrək 80,6 bəndlə 10-uncu olub.
Danimarkanın ardınca, Finlandiya, Kanada, Tayvan, Avstraliya, Cənubi Koreya, Norveç, Fransa, Yeni Zelandiya, Lüksemburq və İsrail yer tutur.
Azərbaycan isə bu il 4 pillə geriləyərək 60.0 bəndlə 69-cu yeri tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)









