Türkiyə bankının Azərbaycanda qazancı 2 dəfə azalıb
“Ziraat Bank Azərbaycan” ASC 2018-ci ilin 9 ayını 1 milyon 604 min manat xalis mənfəətlə başa vurub. Müqayisə edək ki, Bank ötən ilin 9 ayını 3 milyon 157 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfə azalıb.
“Marja” Bankın maliyyə hesabatlarına isitnadən xəbər verir ki, müqayisə olunan dövrdə, Bankın faiz gəlirləri 8 milyon 306 min manatdan 9 milyon 596 min manata, qeyri-faiz gəlirləri isə 3 milyon 19 min manatdan 3 milyon 467 min manata yüksəlib.
“Ziraat Bank Azərbaycan”ın əməliyyat mənfəəti, gəlirlərin artması ilə bərabər xərclər artdığı üçün 4 milyon 525 min manatdan 4 milyon 358 min manata düşüb.
Bank 4 milyon 358 min manat əməliyyat mənfəətinin 2 milyon 516 min manatını kredit və depozit itkiləri üzrə ehtiyata ayırıb. Eyni zamanda, Bank 237 min manat mənfəət vergisi ödəyib.
Ötən ilin 9 ayında “Ziraat Bank Azərbaycan” 992 min manat ehtiyatlara ayırdığından daha çox xalis mənfəət əldə etmişdi. Bu il ehtiyatlara ayırmaların artması Bankda kredit və depozit itkilərinin baş verəcəyi ehtimalının güclənməsidir.
AKTİVLƏR VƏ KREDİTLƏR ARTIB
30 Sentyabr 2018-ci il tarixində “Ziraat Bank Azərbaycan” 215 milyon 460 min manat cəmi aktivlərə (95 milyon 50 min manatı müştərilərə verilən kreditlər), 147 milyon 839 min manat cəmi öhdəliklərə və 67 milyon 621 min manat cəmi balans kapitalına malik olub.
30 Sentyabr 2017-ci il tarixində “Ziraat Bank Azərbaycan” 167 milyon 796 min manat cəmi aktivlərə (70 milyon 173 min manatı müştərilərə verilən kreditlər), 103 milyon 525 min manat cəmi öhdəliklərə və 64 milyon 271 min manat cəmi balans kapitalına malik idi.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















